Bakıda rayonlar üzrə daşınmaz əmlak qiymətləri AÇIQLANDI
Digərləri 16 Yan 2026 15:08:00 82 0
Ötən ilin dekabr ayında Bakının daşınmaz əmlak bazarında bütün əsas seqmentlər üzrə qiymətlər artıb.
Bu xəbəri də oxu: İşçi hərbi xidmətə çağırılanda ona ödənilən müavinətin miqdarı artırılıb
Son.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
Yeni tikili mənzillər üzrə 2025-ci ilin dekabrında 1 kv.m üzrə ən yüksək orta qiymətlər Səbail, Nərimanov və Nəsimi rayonlarında qeydə alınıb. Belə ki, 1 kv.m üzrə orta qiymət Səbail rayonunda 3 953 manat, Nərimanov rayonunda 3 948 manat, Nəsimi rayonunda 3 773 manat, Xəzər rayonunda 3 350 manat, Xətai rayonunda 3 099 manat, Yasamal rayonunda 3 020 manat, Nizami rayonunda 2 833 manat, Binəqədi rayonunda 2 750 manat, Sabunçu rayonunda 2 701 manat, Suraxanı rayonunda 2 168 manat, Qaradağ rayonunda 1 786 manat, Pirallahı rayonunda isə 1 411 manat olub.
İllik ən yüksək qiymət artımı Nəsimi rayonunda müşahidə olunub. Belə ki, qiymət artımı Nəsimi rayonu üzrə 24,81%, Yasamal rayonu üzrə 22,52%, Nərimanov rayonu üzrə 22,65%, Xəzər rayonu üzrə 21,82%, Xətai rayonu üzrə 19,75%, Səbail rayonu üzrə 18,53%, Nizami rayonu üzrə 17,16%, Suraxanı rayonu üzrə 11,81%, Sabunçu rayonu üzrə 10,17%, Binəqədi rayonu üzrə 10,75%, Qaradağ rayonu üzrə 7,62%, Pirallahı rayonu üzrə 9,29% təşkil edib.
Köhnə tikili mənzillər bazarında 2025-ci ilin dekabrında 1 kv.m üzrə ən yüksək orta qiymətlər Səbail, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb. Belə ki, 1 kv.m üzrə orta qiymət Səbail rayonunda 3 019 manat, Nərimanov rayonunda 2 952 manat, Yasamal rayonunda 2 732 manat, Nəsimi rayonunda 2 700 manat, Xətai rayonunda 2 655 manat, Nizami rayonunda 2 635 manat, Binəqədi rayonunda 2 516 manat, Xəzər rayonunda 2 100 manat, Suraxanı rayonunda 1 929 manat, Sabunçu rayonunda 1 885 manat, Qaradağ rayonunda 1 625 manat, Pirallahı rayonunda isə 1 300 manat olub.
İllik ən yüksək qiymət artımı Yasamal rayonunda qeydə alınıb. Belə ki, qiymət artımı Yasamal rayonu üzrə 19,82%, Səbail rayonu üzrə 17,24%, Nərimanov rayonu üzrə 16,17%, Nəsimi rayonu üzrə 15,71%, Xətai rayonu üzrə 7,45%, Nizami rayonu üzrə 6,68%, Xəzər rayonu üzrə 5,00%, Binəqədi rayonu üzrə 4,83%, Pirallahı rayonu üzrə 3,85%, Suraxanı rayonu üzrə 3,82%, Qaradağ rayonu üzrə 2,46%, Sabunçu rayonu üzrə isə 1,43% olub.
Fərdi yaşayış evləri seqmentində 2025-ci ilin dekabrında 1 kv.m üzrə ən yüksək orta qiymətlər Səbail, Nərimanov və Nəsimi rayonlarında qeydə alınıb. Belə ki, 1 kv.m üzrə orta qiymət Səbail rayonunda 2 955 manat, Nərimanov rayonunda 2 210 manat, Nəsimi rayonunda 1 600 manat, Xətai rayonunda 1 480 manat, Yasamal rayonunda 1 425 manat, Nizami rayonunda 1 350 manat, Binəqədi rayonunda 1 200 manat, Xəzər rayonunda 1 100 manat, Sabunçu rayonunda 1 000 manat, Suraxanı rayonunda 900 manat, Qaradağ rayonunda 850 manat, Pirallahı rayonunda isə 800 manat olub.
İllik ən yüksək qiymət artım Səbail rayonunda baş tutub. Belə ki, qiymətlər Səbail rayonu üzrə 24,32%, Nərimanov rayonu üzrə 16,44%, Nəsimi rayonu üzrə 12,28%, Xətai rayonu üzrə 10,45%, Yasamal rayonu üzrə 9,62%, Nizami rayonu üzrə 8,26%, Binəqədi rayonu üzrə 7,73%, Xəzər rayonu üzrə 6,80%, Suraxanı rayonu üzrə 5,88%, Pirallahı rayonu üzrə 5,33%, Sabunçu rayonu üzrə 5,26%, Qaradağ rayonu üzrə isə 4,72% artıb.
Torpaq bazarında 2025-ci ilin dekabrında 1 sot üzrə ən yüksək orta qiymətlər Səbail, Nəsimi və Nərimanov rayonlarında qeydə alınıb. Belə ki, 1 sot üzrə orta qiymət Səbail rayonunda 442 587 manat, Nəsimi rayonunda 302 058 manat, Nərimanov rayonunda 298 120 manat, Xətai rayonunda 232 400 manat, Yasamal rayonunda 209 955 manat, Nizami rayonunda 69 625 manat, Binəqədi rayonunda 54 265 manat, Xəzər rayonunda 42 000 manat, Sabunçu rayonunda 38 000 manat, Suraxanı rayonunda 36 000 manat, Qaradağ rayonunda 22 000 manat, Pirallahı rayonunda isə 18 000 manat olub.
İllik ən yüksək artımı Səbail rayonunda müşahidə baş verib. Torpaqlar Səbail rayonu üzrə 36,86%, Yasamal rayonu üzrə 36,78%, Nəsimi rayonu üzrə 26,03%, Nərimanov rayonu üzrə 20,10%, Nizami rayonu üzrə 24,56%, Xətai rayonu üzrə 18,24%, Binəqədi rayonu üzrə 18,09%, Xəzər rayonu üzrə 12,00%, Sabunçu rayonu üzrə 10,14%, Pirallahı rayonu üzrə 8,11%, Suraxanı rayonu üzrə 9,09%, Qaradağ rayonu üzrə isə 7,06% bahalaşıb.
Qeyri-yaşayış obyektləri bazarında 2025-ci ilin dekabrında 1 kv.m üzrə ən yüksək orta qiymətlər Səbail, Yasamal və Xətai rayonlarında qeydə alınıb. Belə ki, 1 kv.m üzrə orta qiymət Səbail rayonunda 8 191 manat, Yasamal rayonunda 7 699 manat, Xətai rayonunda 6 125 manat, Nərimanov rayonunda 5 900 manat, Nəsimi rayonunda 5 100 manat, Nizami rayonunda 4 063 manat, Binəqədi rayonunda 3 551 manat, Xəzər rayonunda 3 000 manat, Sabunçu rayonunda 2 800 manat, Suraxanı rayonunda 2 600 manat, Qaradağ rayonunda 2 300 manat, Pirallahı rayonunda isə 2 101 manat olub.
İllik ən yüksək qiymət artımı Nərimanov rayonunda nəzərə çarpıb. Qiymət artımı Nərimanov rayonu üzrə 25,34%, Yasamal rayonu üzrə 21,28%, Səbail rayonu üzrə 17,77%, Nizami rayonu üzrə 16,85%, Xətai rayonu üzrə 11,46%, Binəqədi rayonu üzrə 9,60%, Pirallahı rayonu üzrə 8,69%, Nəsimi rayonu üzrə 8,70%, Xəzər rayonu üzrə 7,14%, Sabunçu rayonu üzrə 6,06%, Suraxanı rayonu üzrə 5,77%, Qaradağ rayonu üzrə isə 5,52% təşkil edib.
Ötən ilin dekabrında Bakıda illik müqayisədə qiymət artımı bütün əsas seqmentlər üzrə mövcud olsa da, artım tempi rayonlar arasında ciddi fərqlənib. Yeni tikili binalarda maksimum artım Nəsimi, köhnə tikili binalarda Yasamal, torpaq və fərdi evlərdə Səbail, qeyri-yaşayış obyektlərində isə Nərimanov rayonunda qeydə alınıb. Ən aşağı illik dinamika isə bir sıra seqmentlərdə Pirallahı, torpaq seqmentində isə Qaradağ rayonu üzrə baş verib.
Paytaxtın bir sıra ərazilərində qəzalı vəziyyətdə olan və istismar m�
Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib.
Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə tel
2025-ci il ərzində övladlığa verilən 149 uşaqdan 3-ü əcnəbi və vətə
"Ət zülalla zəngin və heyvan mənşəli qida olduğu üçün yüksək r
Yəmən hökuməti istefa verib. Yəmənin Baş naziri Salem bin Braik istefa v
Meteoroloqlar 2026-cı ilin qış mövsümünün bir çox regionlarda normadan d
İstanbulda məşhurları hədəf alan yeni narkotik əməliyyatı çərçivəsi
Zəngilanın Ağalı kənd sakini sosial şəbəkədə paylaşımı ilə diqqət
Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarası İttifaqın�
Müğənni Tacir Şahmalıoğlu "Günə uğurla" verilişində qalmaqa
Bankların rəsmi gəliri olmayan şəxslərə kredit verməməsi cəmiyyətdə
"APF Group" MMC-nin rəhbəri dəyişib.
Cənubi Koreyanın keçmiş prezidenti Yun beş il həbs cəzasına məhkum edi
Təxminən iki il əvvəl Türkiyənin "Show TV" kanalında yayımlana
