Robotlar həkimləri əvəz edəcək? Elon Musk tibb təhsili almamağa çağırdı
Dünya 16 Yan 2026 04:04:00 63 0
ABŞ-li milyarder Elon Musk gənclərə tibb təhsili almamağı tövsiyə edib.
Bu xəbəri də oxu: ABŞ “Veronica” tankerini saxladı
Son.az-ın məlumatına görə, Musk bildirib ki, rəhbərlik etdiyi "Tesla" şirkətinin istehsal etdiyi "Optimus" robotları yaxın üç il ərzində dünyadakı ən yaxşı cərrahdan belə daha uğurlu əməliyyatlar həyata keçirə biləcək.
Musk bu fikirləri ilə geniş müzakirələrə səbəb olub. Maraqlıdır, bu iddia nə dərəcədə realdır?
Robot texnologiyaları və süni intellektin artıq həkimlərə yardımçı olmağa başladığı faktdır. Məsələn, ötən ilin iyul ayında süni intellektlə idarə olunan bir robot ABŞ-nin Johns Hopkins Universitetində öd kisəsi əməliyyatı həyata keçirib və əməliyyat uğurlu alınıb. Qeyd olunur ki, əməliyyat canlı insan üzərində deyil, real toxuma və daxili orqanlara malik model üzərində aparılıb.
Bundan başqa Çində bir şirkət tərəfindən hazırlanan cərrahi robot donuz üzərində öd yolları əməliyyatını insan müdaxiləsi olmadan həyata keçirib və nəticə 88 faiz uğurlu olub.
Ekspertlər bildirirlər ki, böyük və mürəkkəb cərrahi əməliyyatlarda robotların geniş şəkildə istifadəsi qısa müddətdə mümkün olmayacaq. Buna baxmayaraq, süni intellekt və robot texnologiyalarının tibbdə rolu sürətlə artır.
Elon Muskın sözlərinə görə, "Optimus" robotlarının bu il ərzində satışa çıxarılması planlaşdırılır.
Mina Mikayılova Son.az
İngiltərədə balıq tutmaq üçün yem axtaran bir balıqçı təsadüfən �
"ELLE Style Awards 2026" gecəsində qırmızı xalıda ən çox diqq�
Döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis Dr. Klaus Veber klinikasına
Bakıda mənzillərin kvadratmetr qiymətinə görə ən bahalı küçələrin s
Bir çox insan evdəki xoşagəlməz qoxuları süni otaq spreyləri ilə yox et
"Çox arzulayırıq ki, birlikdə layihəmiz olsun. Bütün bəstəkarlarda
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva həmkarları arasında bu
Soba yeməkləri arasında həm doyurucu, həm də zərif dadı ilə seçilən
Türkiyədə gənc bir cütlüyün cəmi 6 min lirə (təxminən 300 AZN) sərma
Sağlam qidalanma mütəxəssisləri maqnezium mənbəyi dedikdə ağla ilk gəl
"Emil Rəhmanoğlunu bu vəziyyətə gətirən ona paxıllıq edən müğə
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa müraciə
Qrenlandiya siyasi, iqtisadi və maliyyə dəstəyi üçün Avropa Birliyinə g�
Bakıda təhsil alan cənubi azərbaycanlı tələbə bacılar - Pərəstu və P
