"Valideynlərimin yasına gəlmədin, nə umursan?" Rəqsanəyə AĞIR SÖZLƏR
Şou-biznes 14 Yan 2026 19:00:00 73 0
Teleaparıcı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı müğənni Rəqsanə İsmayılova ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Bu xəbəri də oxu: Reper atasına 10 milyonluq avtomobil hədiyyə etdi
Son.az-ın xəbərinə görə, Rəqsanənin həbsdən sonra verdiyi açıqlamada Xoşqədəm Hidayətqızından incik olduğunu bildirməsinə aparıcı "Səni axtarıram" verilişində münasibət bildirib. O qeyd edib ki, bu mövzu ilə bağlı indiyədək danışmasa da, artıq açıqlama verməyi lazım bilib:
"Rəqsanə məndən küsür ki, onunla maraqlanmamışam. Bizim münasibətimiz yalnız efir çərçivəsində olub, normal ünsiyyətimiz vardı. O, atasını axtaranda mənim verilişimə çıxmışdı. Amma ona niyə sual vermirsiniz ki, sən Xoşqədəmin dağ boyda ata-anasının yasına gəldinmi?"
Xoşqədəm Hidayətqızı bildirib ki, ötən il ağır itkilər yaşayıb:
"Apreldə anamı, iyunda isə atamı itirdim. Özün gələ bilmirdinsə, Bakıda qızın, qohumların var idi, onlar gələ bilərdi. Amma indi məndən nəsə gözləyirsən".
Teleaparıcı buna baxmayaraq, Rəqsanəyə yardım etmək istədiyini vurğulayıb:
"Onun işlədiyi insanlara zəng edib demişdim ki, hansı kömək lazımdırsa etməyə hazıram. Vəkili vardı, proses qanuna uyğun gedirdi. Mən bu məsələdə onun yaxınları ilə maraqlanmışdım".
Xoşqədəm Hidayətqızı sonda çətin günlərdə insanların bir-birinə dayaq olmasının vacibliyini qeyd edib:
"Ağır günlərdə hər kəs kiminsə qapısını döyəcək. Ona görə də o anlarda bir-birinizin yanında olmağa çalışın. Hətta sevmədiyiniz insan olsa belə, pis günündə gedib ona sarılın".
Bakıda bir sıra restoranların sahibinə məxsus "Face studio" göz�
Dünyaca məşhur futbolçu Devid Bekhemin oğlu Bruklin Bekhem həyat yoldaşı
Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir azərbaycanlı həlak olub.
Özbəkistanda bir kişi polisə zəng vuraraq Venesuela Prezidenti Nikolas Madu
Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş,
Space TV-nin sosial verilişinin aparıcısı Amil Xəlil qeyri-adi rəqs perfor
Xəbər verdiyimiz kimi, 13 yanvar tarixində Ermənistan xarici işlər nazirin
İranın "Rona" yük gəmisi Xəzər dənizində qəzaya uğrayıb
Beynəlxalq Muğam Mərkəzi oxucuları 2026-cı ilə yeni nəşr etdiyi kitabla
Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qızını bıçaqlayan ana i
Qumral aparıcıya əsəbiləşib efirdən GETDİ
"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunç
İranın məhkəmə hakimiyyətinin başçısı Qolam Hüseyn Möhseni Eceyi öl
"Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Məd
