Klarnet ifaçısı Hakim Abdullayevin 65 illik yubileyi qeyd edilib FOTO
Kriminal 13 Yan 2026 15:51:00 50 0
Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Hakim Abdullayevin 65 illik yubileyi qeyd edilib.
Bu xəbəri də oxu: Səbinə Bağırovaya yüksək vəzifə verildi
Peşəkar nəfəsli alətlər ifaçısı kimi özünəməxsusluğu ilə seçilən yubilyarı təbrik etmək üçün çoxsaylı sənət dostları, instrumental ifaçılar və xanəndələr geniş konsertlə çıxış edərək öz musiqi sovqatlarını hədiyyə ediblər.
Yubiley gecəsində çıxış edən Xalq artisti, professor Ağaverdi Paşayev, Xalq artisti Ağacəbrayıl Abasəliyev, Sənətşünaslıq üzrə fəlsəfə doktorları Əhsən Rəhmanlı, Aydın Əliyev, Əməkdar artist Akif Qürbətov, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblın rəhbəri Mirxalid Salayev sənətkarın ifa xüsusiyyətlərindən söz açıblar. Çıxışlarda bildirilib ki, Hakim Abdullayev hər zaman mahir və yeniliklərə imza atan ifaçı kimi sevilib. Həm balaban həm də klarnet alətində ecazkar ifaları ilə musiqisevərlərin zövqünü oxşayır. İfaçı uzun illərdir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti kimi səmərəli fəaliyyətini davam etdirir, həm solo ifaçı olaraq həm də müşayiətçi kimi sevilib- seçilir. Yubiley tədbiri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının ansamblının müşayiəti ilə tanınmış instrumental ifaçılar və xanəndələr , Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə "Qaytağı" ansamblının rəngarəng bir-birindən parlaq musiqi nömrələri ilə davam edib. Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
Son hökumət iclasında Paşinyanın xidməti avtomobilinin nömrə nişanları
Aktyor Taleh Yüzbəyovun səmimi etirafı sosial şəbəkələrdə və mediada
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdər
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli italyan bəstə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdər
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş m
Türkiyənin məşhur müğənnisi Emrah Çinarə Məlikzadə ilə bağlı payla
Paytaxtın Xətai rayonu Gəncə prospektində piyadaların təhlükəsizliyi ba
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdər
Rusiyanın Venesuelaya satdığı hava hücumundan müdafiə sistemlərinin fakt
Xalq artisti Gülyanaq Məmmədova oğlu Fikrətlə bağlı paylaşımı ilə di
İtaliyanın Piedmont bölgəsində itkin düşmüş alpinist süni intellektin
