“Araz"dan alınan şirniyyatdan plastik qapaq çıxdı
Digərləri 12 Yan 2026 17:38:00 64 0
"Araz Supermarket" şəbəkəsindən alınmış şirniyyat məhsulu ciddi təhlükə yaradıb.
Bu xəbəri də oxu: Pişiyiniz niyə kölgəniz kimi hər yerdə arxanızca gəlir?
Son.az xəbər verir ki, hadisə jurnalist Fuad Mədətovun başına gəlib.
Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 50 ünvanında yerləşən "Araz Supermarket" filialından alınan "Portağallı şəkərpərə" adlı şirniyyatın içərisindən kauçuk plastik qapaq çıxıb.
Şirniyyatı qəbul edən şəxsin nəfəs borusunda bu yad cisim ilişib, bu isə real olaraq ölüm riski yaradıb.
Şirniyyatın içindən çıxan yad cismin görünüşü və quruluşu onun qida məhsullarında istifadə olunmayan, əksinə maz (krem) preparatlarının qapağı ola biləcəyini göstərir. Məlumata görə, həmin qapaq: • ağ plastikdən hazırlanıb (dərman qablaşdırmalarında çox yaygındır), • qısa və qalın silindrik formadadır, • bir tərəfi bağlı, digər tərəfi açıqdur, • iç hissəsi tubanın boğazına keçməsi üçün uyğun quruluşa malikdir.
Ən çox hansı mazlarda belə qapaqlar olur: • dermatoloji kremlər və mazlar, • antibiotik mazlar, • yanıq və yara üçün olan preparatlar.
Əgər qapağın içində diş (rezba) varsa və ya folqanı deşən çıxıntı mövcuddursa, bu, demək olar ki, dəqiq maz qapağıdır. Əks halda ehtimal marker qapağına qalır.
Jurnalist bildirir ki, ən narahatedici məqam isə odur ki, bu cür plastik qapaq istehsal və qablaşdırma prosesində qida ilə təmasda olmamalıdır. Bu fakt məhsulun hazırlandığı və ya qablaşdırıldığı mühitdə elementar sanitariya və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğunu göstərir.
"Məsələ təkcə bir yad cismin məhsulun içindən çıxması deyil. Bu hadisə istehlakçının həyatını birbaşa təhlükə altına atan ciddi laqeydlik və məsuliyyətsizlik nümunəsidir. Nəfəs borusunda ilişən belə bir plastik əşya saniyələr içində boğulma və ölümə səbəb ola bilərdi.
Sual doğuran məqamlar kifayət qədərdir: - Qida məhsulunun istehsalı zamanı maz qapağı oraya necə düşüb? - İstehsalçı müəssisədə gigiyena və nəzarət varmı? - "Araz Supermarket" satışa çıxardığı məhsullar üzərində hansı yoxlama mexanizmini tətbiq edir? - Bu gün üzə çıxan hadisə ilkdir, yoxsa sadəcə ilk dəfə ictimailəşir?" /Yurd.Media
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları t
Şəkidə dava bir nəfərin ölümü ilə bitdi.
Bu gün tələbənin vəfat etdiyi Sənaye və Texnologiyalar üzrə Gəncə D
Müğənni Şəbnəm Tovuzlu təmtəraqlı ad günündən 173 min manat pul yı�
Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadl
Dünya birjalarında gümüşün qiymətində yeni rekord göstərici qeydə al�
Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şər
İstanbul Baş Prokurorluğunun apardığı məşhurları hədəf alan narkotik
Reper Ramil Nabran verdiyi açıqlama ilə gündəmə gəlib.
Bərdə rayonunun Mirzəcəfərli kəndində fəaliyyət göstərən, Elnur Sale
2023-cü ilin sentyabrında Kəlbəcərdə hərbçi yoldaşı tərəfindən qət
Bakıda və Abşeron yarımadasında bir sıra evlərin və binaların məcburi
