Uşaqlarda qızdırma nə zaman təhlükəlidir?


Digərləri 11 Yan 2026 05:05:00 101 0

Uşaqlarda qızdırma nə zaman təhlükəlidir?

Uşaqlıq dövründə tez-tez rast gəlinən hərarət təkcə uşağın bədən temperaturunu deyil, valideynlərin narahatlıq səviyyəsini də artırır.

Son.az xəbər verir ki, Medipol Acıbadem Bölgə Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssisi, uzman həkim Coşkun Saf bu mövzu ilə bağlı valideynlərə vacib tövsiyələr verib.

Həkimin sözlərinə görə, hərarətin dərəcəsindən xəstəxanaya müraciət vaxtına, antibiotik verilib-verilməməsindən evdə qulluğa qədər yaşanan qərarsızlıqlar prosesi daha da çətinləşdirir.

Qızdırmanın ölçüm yerindən asılı olaraq dəyişə biləcəyini bildirən Dr. Saf qeyd edib ki, uşaqlarda ümumi yanaşmaya görə 38 dərəcədən yuxarı bədən temperaturu qızdırma hesab olunur:

"Bədən temperaturunun ən dəqiq ölçümü rektal və ya ağızdan aparılan ölçümlərdir. Lakin praktikada bu üsullar çətin olduğu üçün daha çox qoltuq altı, dəri və qulaqdan ölçüm üsullarına üstünlük verilir. 5-6 aydan kiçik körpələrdə qulaqdan ölçüm uyğun deyil, bu yaş qrupunda qoltuq altı ölçümü tövsiyə olunur".

Hərarətin dərəcəsindən daha çox uşağın ümumi vəziyyətinin önəmli olduğunu vurğulayan həkim bildirib ki, hər qızdırma mütləq təhlükə əlaməti deyil:

"Əgər uşaq qidalanırsa, maye qəbul edirsə, oynayır, göz təması qurur və sosial reaksiyaları normaldırsa, qızdırmaya müəyyən həddə qədər icazə vermək olar. Hər qızdırmanı dərhal salmaq düzgün yanaşma deyil. Çünki müəyyən dərəcədə o, immun sisteminə müsbət təsir göstərir".

Dr. Coşkun Saf xüsusilə 3 aydan kiçik körpələrdə qızdırmanın ciddi qiymətləndirilməli olduğunu bildirib:

"Bu yaş qrupunda hərarət müşahidə edilərsə, vaxt itirmədən uşaq həkiminə müraciət olunmalıdır. Bundan əlavə, yüksək temperatur 3 gündən çox davam edərsə, şiddətli qusma, səpkilər, tənəffüs çətinliyi və ya qıcolma kimi əlamətlər yaranarsa, mütləq xəstəxanaya müraciət edilməlidir".

Mina Mikayılova Son.az

Sobada tərəvəzli ət yeməyi: Pambıq kimi bişən dadlı resept like
  • 11 Yan 04:04  
Digərləri Sobada tərəvəzli ət yeməyi: Pambıq kimi bişən dadlı resept

Mətbəxdə çox vaxt itirmədən, lakin restorandakı kimi ləzzətli bir şam

arrow Ətraflı
Dünyada ən çox televizor satan like
  • 11 Yan 03:03  
Digərləri Dünyada ən çox televizor satan

"Samsung Electronics" şirkəti 2025-ci ilin üçüncü rübündə hə

arrow Ətraflı
Narın bu möcüzələri var like
  • 11 Yan 02:02  
Digərləri Narın bu möcüzələri var

Dadı və müalicəvi faydaları ilə dünyada getdikcə populyarlaşan bir meyv

arrow Ətraflı
Qəbizliyə səbəb olan like
  • 11 Yan 01:01  
Digərləri Qəbizliyə səbəb olan

Rusiyalı qastroenteroloq Anna Menşikova qəbizliyə səbəb olan gündəlik v�

arrow Ətraflı
Təbii qaz ödənişini azaldacaq 5 sadə radiator hiyləsi like
  • 11 Yan 00:54  
Digərləri Təbii qaz ödənişini azaldacaq 5 sadə radiator hiyləsi

Havaların soyuması ilə birlikdə artan təbii qaz ödənişləri bir çox ins

arrow Ətraflı
Bakıda yeni yol çəkilir  Sürücülərin işi asanlaşacaq like
  • 11 Yan 00:46  
Digərləri Bakıda yeni yol çəkilir Sürücülərin işi asanlaşacaq

Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb.

arrow Ətraflı
ABŞ İrana zərbə endirilməsi variantlarını müzakirə edir  KİV like
  • 11 Yan 00:39  
Dünya ABŞ İrana zərbə endirilməsi variantlarını müzakirə edir KİV

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı mümkün zərb�

arrow Ətraflı
"Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb" like
  • 11 Yan 00:23  
Şou-biznes "Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb"

Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovun ona aldığı

arrow Ətraflı
Milli Qəhrəman "Fred Asif"in bacısı vəfat etdi like
  • 11 Yan 00:19  
Digərləri Milli Qəhrəman "Fred Asif"in bacısı vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ("Fred Asif" -

arrow Ətraflı
Pizza xəmirinin yumşaq olması üçün nə etmək lazımdır? like
  • 11 Yan 00:12  
Digərləri Pizza xəmirinin yumşaq olması üçün nə etmək lazımdır?

Evdə pizza hazırlayarkən ən çox rast gəlinən problemlərdən biri xəmiri

arrow Ətraflı
Günün qoroskopu: İşinizlə bağlı mühüm bir qərar vermək ərəfəsindəsiniz like
  • 11 Yan 00:01  
Digərləri Günün qoroskopu: İşinizlə bağlı mühüm bir qərar vermək ərəfəsindəsiniz

Son.az 11 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Azərbaycanda görünən heyvan təəccüb doğurdu: Beləsi hələ olmayıb – VİDEO like
  • 10 Yan 23:56  
Digərləri Azərbaycanda görünən heyvan təəccüb doğurdu: Beləsi hələ olmayıb – VİDEO

Naxçıvanın Aza kəndində qara canavarın görüntüləri yayılıb. Paylaş�

arrow Ətraflı
Gürcüstanda turistlər qar uçqunu altında qaldı like
  • 10 Yan 23:43  
Digərləri Gürcüstanda turistlər qar uçqunu altında qaldı

Gürcüstan dağlarında təxminən 20 xizəkçi və snoubordçudan ibarət qrup

arrow Ətraflı
Trampdan İrana yeni təhdid: "Müdaxiləyə hazırıq" like
  • 10 Yan 23:40  
Dünya Trampdan İrana yeni təhdid: "Müdaxiləyə hazırıq"

ABŞ Prezidenti Donald Tramp İranda səngimək bilməyən etiraz aksiyaları fo

arrow Ətraflı