Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar


Siyasət 09 Yan 2026 15:29:00 67 0

Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar.

Son.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" 7 yanvar 2026-cı il tarixli Sərəncam ölkəmizdə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir. Sərəncama əsasən, dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

Sərəncamın Azərbaycan cəmiyyətində birlik, həmrəylik və sosial sabitliyin qorunması baxımından mühüm ictimai əhəmiyyət daşıdığını vurğulayan qeyri-islam dini icmalarının rəhbərləri Prezident İlham Əliyevin ünvanına təşəkkür məktubları göndərərək dini sahəyə göstərilən davamlı diqqətə, maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov dövlət başçısının dəstəyi sayəsində qurum tərəfindən həyata keçirilən layihələrin önəminə toxunaraq dövlətin dini mənsubiyyətindən asılı olmayaraq tarixi dini abidələrin qorunmasına göstərdiyi diqqəti vurğulayıb.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev mədəni-dini irsimizə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarığını ifadə edib, dünyadaki islamofobiya, ksenefobiya, antisemitizm hallarının artdığı bir dövrdə Azərbaycanın nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlərə aid abidələri diqqətdə saxlamasını təqdirəlayiq hal olduğunu bildirib.

Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski öz məktubunda yəhudi icmasının ölkəmizdə təhlükəsiz, sabit və tolerant mühitdə yaşadığını, dövlətin göstərdiyi qayğının yalnız milli deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili müasir Azərbaycan təkcə iqtisadi inkişafına və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu yazıb.

Məktubunda multikulturalizmin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirən Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev dini və etnik müxtəlifliyin ölkəmizdə ayırıcı xətt deyil, əksinə, birlik və həmrəyliyi gücləndirən mühüm amil kimi qəbul olunduğunu vurğulayıb. Qeyd edib ki, dövlətin dini icmalara göstərdiyi davamlı diqqət bu müxtəlifliyin böyük və dəyərli sərvət kimi qiymətləndirildiyini bir daha təsdiqləyir.

Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov qeyd edib ki, dini icmalara dövlət səviyyəsində göstərilən bu diqqət rəhbərlik etdiyi icmanın inkişafına təkan verməklə yanaşı, vətəndaşların mənəvi dünyasına ali qayğının bariz nümunələrindəndir.

İsmayıllı rayonu İvanovka kəndi, Sumqayıt şəhər və Qobustan rayonu Hilmilli kəndi "Molokan-ruhani-xristian" dini icmaları, "Vineyard Azərbaycan", "Şərqdə Ulduz", "Həyat sözü", Sumqayıt şəhəri "Həyat sözü-2" Xristian dini icmaları, Bakı şəhəri və Sumqayıt şəhəri Alov-Xristian dini icmaları tərəfindən dövlət başçısına ünvanlanan məktublarda dövlətin dini konfessiyaların fəaliyyətinə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Eyni zamanda "Yeddinci Günün Adventistləri", "Gəncə şəhəri Yeddinci Günün Adventistləri", "Bakı şəhəri Yeni Apostol" xristian, Yevangelik xristian baptistlərin kilsəsi, Krişna Şüuru, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape", "Yeni Həyat" Xristian incil, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmaları və Azərbaycan Bəhailəri dini mərkəzi bu yanaşmanın cəmiyyətdə qarşılıqlı anlayış və tolerantlıq mühitini daha da möhkəmləndirdiyini qeyd ediblər.

AZAL BakıTehranBakı reysini LƏĞV ETDİ like
  • 09 Yan 15:27  
Digərləri AZAL BakıTehranBakı reysini LƏĞV ETDİ

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzr

arrow Ətraflı
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb like
  • 09 Yan 15:22  
Digərləri Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının təda

arrow Ətraflı
"Avant Group" ləğv olunur like
  • 09 Yan 15:17  
Digərləri "Avant Group" ləğv olunur

"Avant Group" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu el

arrow Ətraflı
“Ümid 2026” incəsənət müsabiqəsi keçiriləcək like
  • 09 Yan 15:08  
Digərləri “Ümid 2026” incəsənət müsabiqəsi keçiriləcək

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə

arrow Ətraflı
DTX xarici ölkəyə işləyən silahlı şəxsi saxladı like
  • 09 Yan 15:04  
Digərləri DTX xarici ölkəyə işləyən silahlı şəxsi saxladı

Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhl�

arrow Ətraflı
""Məcnun" deyədeyə qalmışam, dəvət etmirlər" like
  • 09 Yan 15:00  
Şou-biznes ""Məcnun" deyədeyə qalmışam, dəvət etmirlər"

Müğənni Eldəniz Məmmədov "Məcnun" obrazını canlandırmaq ü�

arrow Ətraflı
Xüsusi qabiliyyət tələb edən bəzi ixtisasların test balında dəyişiklik edilib like
  • 09 Yan 14:56  
Digərləri Xüsusi qabiliyyət tələb edən bəzi ixtisasların test balında dəyişiklik edilib

2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssis

arrow Ətraflı
Vətəndaşa nəyə görə müharibə veteranı adı verilmir?  30 ildir gözləyir like
  • 09 Yan 14:45  
Digərləri Vətəndaşa nəyə görə müharibə veteranı adı verilmir? 30 ildir gözləyir

Gəncə sakini, 1969-cu il təvəllüdlü Fuad Bədəlov 1992-1994-cü illərdə

arrow Ətraflı
Həyatında kəskin dönüş olacaq like
  • 09 Yan 14:34  
Digərləri Həyatında kəskin dönüş olacaq

Astroloqlar yaxın dövrdə bürclərin bəziləri üçün həyatlarında kəski

arrow Ətraflı
700 abonent qazsız qalacaq like
  • 09 Yan 14:18  
Digərləri 700 abonent qazsız qalacaq

Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

arrow Ətraflı
Ölən yüksək vəzifəli şəxs Təyyar Bayramovun qohumu imiş like
  • 09 Yan 14:14  
Şou-biznes Ölən yüksək vəzifəli şəxs Təyyar Bayramovun qohumu imiş

Xəbər verdiyimiz kimi, Gəncədə alüminium zavodunun direktoru Cəmil Səfə

arrow Ətraflı
Putinin iqamətgahına hücuma belə cavab verdilər like
  • 09 Yan 14:08  
Digərləri Putinin iqamətgahına hücuma belə cavab verdilər

Rusiya hərbçiləri "Oreşnik" raket kompleksi ilə Ukraynaya zərbə

arrow Ətraflı
Ayda 347 manata mənzil  Gələn həftədən satışa çıxır like
  • 09 Yan 13:50  
Digərləri Ayda 347 manata mənzil Gələn həftədən satışa çıxır

Ayda 347 manat ödəməklə mənzil sahibi olmaq mümkündür.

arrow Ətraflı
Zaur Şahbalayev İŞDƏN ÇIXARILDI like
  • 09 Yan 13:35  
Digərləri Zaur Şahbalayev İŞDƏN ÇIXARILDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidm�

arrow Ətraflı