"BakıKart" ləğv olunur? AÇIQLAMA
Digərləri 09 Yan 2026 11:00:00 91 0
Bəzi insanlar "BakıKart"ın ləğv edilcəyini iddia ediblər. Bunu onunla əsaslandırıblar ki, bəzi dayanacaqlardan ödəniş terminalları götürülüb.
"Bakı Kart"ın operatoru - "K Group" MMC-dən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda metro və avtobuslarda istifadə olunan "BakıKart" kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.
Qeyd olunub ki, "BakıKart" ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və "BakıKart" kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil:
"BakıKart" sistemi müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşdirilir və istifadəçilərə daha rahat, çevik ödəniş imkanları təqdim olunur".
Nəzərə çatdırılıb ki, yeni sistemin tətbiqi nəticəsində vətəndaşlar artıq təkcə "BakıKart" plastik kartı ilə deyil, eyni zamanda bank kartları, mobil tətbiqlər, NFC texnologiyası, həmçinin digər rəqəmsal ödəniş vasitələri vasitəsilə də gediş haqqını ödəyə bilirlər:
"Bu addım həm rahatlığı artırır, həm də nağdsız ödənişlərin genişlənməsinə şərait yaradır".
Qeyd edək ki, ötən il metropolitenin bütün stansiyalarında, həmçinin avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.
Mina Mikayılova Son.az
"Oskar" mükafatının sahibi olan məşhur aktrisa Nikol Kidman həya
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib.
Redaksiyamıza Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər
2026-cı il yanvarın 1-dən etibarən tütündən hazırlanan siqaretlərə tə
Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu azərbaycanlı iş adamı
Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimka
İran şahzadəsi Rza Pəhləvi çərşənbə axşamı günü ilk dəfə etiraz
Müğənni Manaf Ağayev "Rəngarəng" verilişində səmimi açıqlam
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Yanvarın 9-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq
Bakının Qaradağ rayonunda yerləşən Azər Namazov adına 180 nömrəli tam
