Daha 19 nəfər həbs edildi, aralarında Ceyda da var
Şou-biznes 08 Yan 2026 18:44:00 82 0
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində aralarında "Ciciş bacıları" kimi tanınan model Ceyda Ersoyun da olduğu 19 nəfər həbs edilib.
Bu xəbəri də oxu: "Vidadi Bərdəlinin sənəti məndə olsaydı, "dünyanı dağıdardım""
Son.az xəbər verir ki, istintaq çərçivəsində ilk olaraq 30 dekabr tarixində model Buse İskenderoğlu da daxil olmaqla 12 nəfər saxlanılmışdı. Araşdırmaların davamında isə 5 yanvar tarixində daha 26 nəfər barəsində əməliyyat keçirilib.
Şübhəlilər "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsi üçün saxlanılması", "narkotik maddələrin istifadəsinə yardım etmə", həmçinin "fahişəliyə təhrik etmə, bu prosesə vasitəçilik etmə və ya yer təmin etmə" maddələri üzrə istintaqa cəlb olunublar.
Saxlanılanlar arasında "Ciciş bacılar"ından Ceyda Ersoy da yer alıb.
Prokurorluq bu gün 26 nəfərlə bağlı icraatı yekunlaşdırıb. Onlardan 19 nəfər barəsində həbs, 3 nəfər barəsində isə yaşayış yerini tərk etməmək şərti ilə məhkəmə nəzarəti tədbiri seçilməsi üçün materiallar məhkəməyə göndərilib.
Daha əvvəl barələrində ölkədən çıxış qadağası tətbiq edilən Doğukan Güngör, Alya Şahinler, Ceren Yıldırım və Saniye Deniz prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıblar.
Həbs edilənlər arasında Ceyda Ersoy, Bebek Otelinin sahibi Muzaffer Yıldırım, otelin baş direktoru Arif Altınbulak və sosial şəbəkələrdə tanınan Burak Altındağ da var. Digər 3 şübhəli isə ev dustaqlığına buraxılıb.
İstintaq davam etdirilir.
Fidan Son.az
Türkiyəli məşhur müğənni Bayhanın illər əvvəl qatıldığı televiziy
Bakıda həkimin kompüterindən dinləmə cihazı tapılıb. Həkim-radioloq Ra
Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.
Üzvlük haqqı ödəməyənlər Azərbaycan Yazıçılar Birliyindən (AYB) xar
Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlar
Yalnız "CineMastercard" kinoteatrlar şəbəkəsində 8 yanvar tarixi
Meyxanaçı Pərviz Bülbülənin qonaq olduğu "Rəngarəng" veriliş
Keçmiş təhsil naziri Misir Mərdanov şəxsi həyatı ilə bağlı maraqlı a
Cəlilabad şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəx
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyi
Ali təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi qaydas�
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiya
Masallı rayonu Viləş bələdiyyəsinin sədri Alim Ələmovun ölkədən çı
Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası "Beynəlxalq Sülh və
Bərdə Rayon Polis Şöbəsinin əməkaşları tərəfindən həyata keçirilə
