Norm Sement zavodunun istehsal gücü artırılıb FOTO
Digərləri 08 Yan 2026 11:35:00 90 0
"Norm" ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb. Beləliklə, zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan 2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib ki, bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanı deməkdir. Layihənin icrasına beynəlxalq tərəfdaşlar - Çinin "BTIEC", Almaniyanın "Gebr. Pfeifer" and "Claudius Peters" şirkətləri cəlb edilib.
Bu xəbəri də oxu: Şahin Bağırov daha bir idarənin rəisini işdən çıxardı
Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sement bazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də, şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir: "Biz ölkənin və regionun genişlənən infrastruktur ehtiyaclarını və ixrac imkanlarını nəzərə alaraq, zavodun istehsal gücünü artırmağa qərar verdik. Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması bizim üçün həm daxili bazarı təmin etmək, həm də xarici bazarlara klinker ixracı imkanlarını genişləndirmək baxımından mühüm addım oldu. Bu təşəbbüs, növbəti 15-20 il ərzində ölkə daxilində sement və klinker tələbatının yerli istehsal hesabına tam qarşılanmasını təmin etməklə, Azərbaycanın sənaye potensialının gücləndirilməsinə xidmət edəcək". "Norm"ASC-nin innovasiyalara davamlı sərmayəsi enerji sənayesi üçün strateji əhəmiyyət daşıyan quyu-tamponaj sementinin istehsalında da öz əksini tapır. Bu məhsul neft-qaz sektorunda quyuların təhlükəsizliyinin və etibarlılığının təmin olunmasında mühüm rol oynayır. Şirkət bu istiqamətdə Azərbaycandakı SLB, həmçinin bp kimi beynəlxalq enerji şirkətləri ilə sıx əməkdaşlıq edir və tərəfdaşlıq münasibətlərini ildən-ilə genişləndirir. Hazırda məhsul Orta Asiya ölkələrindən bəzilərinə ixrac olunur. Qarşıdan gələn illərdə quyu-tamponaj sementinin ixrac imkanlarının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Norm xüsusi növ sement sayılan quyu-tamponaj sementinin Azərbaycanda yeganə istehsalçısıdır və şirkət, 2021-ci ildə Cənubi Qafqazda ilk dəfə olaraq, bu məhsulun istehsalı ilə bağlı Amerika Neft İnstitutundan müvafiq API sertifikatı əldə edib.
Həm sənaye, həm də ekoloji baxımdan məsuliyyətli fəaliyyət sərgiləyərən Norm, istehsal proseslərinin modernləşdirilməsi, resursların optimallaşdırılması və ətraf mühitə təsirin azaldılması istiqamətində də investisiyalar yatırır. İstehsal gücünün artırılması ilə yanaşı şirkət tərəfindən ötən ildən etibarən sement istehsalında klinker əmsalı 5%-ə qədər azaldılıb ki, bu da təxminən 85 min ton klinkerin əlavə sement istehsalına yönəldilməsinə imkan verir. Ölkənin sement istehsalı üzrə aparıcı müəssisəsi və tikinti materialları istehsalçısı olaraq, Norm məhsullarının klinker əmsalını optimizasiya etməklə, spesifik CO₂ emissiyalarını azaltmağı dayanıqlı inkişaf məqsədləri çərçivəsində ön planda tutur.
"Bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata
Müsadirə olunmuş əmlakların aşağı qiymətə satılması adı altında d�
Məşhur "Jack Ryan" serialı yenidən diqqət mərkəzinə düşüb.
ABŞ prezidenti Donald Tramp artıq Moskvanı iqtisadi cəhətdən sarsıtmaq ü
1 oktyabr 2024-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabe
Bakının bütün rayonlarında ötən il torpaq sahəsinin qiymətlərində art
ABŞ senatoru Rik Skott hesab edir ki, Vaşinqtonun Venesueladan neft ixracına
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə yeni
Prodüser Pərviz Əfqan "Öz aramızda" verilişində müğənni Rahi
Xəbər verdiyimiz kimi, ötən gün Qazaxın Xanlıqlar kəndində "SOCAR
Yanvarın 8-də Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbista
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasın
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop
ABŞ-nin Nyu-York Cənub Dairəsi Federal Məhkəməsində Venesuela Prezidenti
