Kirayə verən də, qalan da cərimələnə bilər Proses başladı
Digərləri 07 Yan 2026 09:00:00 73 0
Bəzi ərazilərdə kirayə qalan və evini müqaviləsiz kirayə verən şəxslərlə bağlı monitorinqlər başlayıb. Bəs Müqaviləsiz evini kirayə verən şəxsləri, eyni zamanda kirayə qalanları nə gözləyir?
Bu xəbəri də oxu: Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq BU TARİXDƏ
Məsələ ilə bağlı Son.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə, kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Vergi Məcəlləsinin tələbinə görə isə daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir üçün vergi ödənməlidir:
"Məcəlləyə edilən son dəyişikliyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyir və bu Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir".
Vəkil nəzərə çatdırıb ki, qanunda nəzərdə tutulmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə isə maliyyə sanksiyası müəyyən edilmişdir.
Əlavə edib ki, əgər icarəyə verən fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur:
"Kirayədə qalanların cərimələnməsi isə vergi öhdəliyi ilə deyil, olduğu yer üzrə qeydiyyata düşməməklə bağlıdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar".
Şimali Avropa ölkələri üçün sauna sadəcə istirahət deyil, həm də əs
Aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində sə
İkinci əl əşya ticarəti ilə məşğul olan peşəkarlar və antikvarçıla
Babka həm görüntüsü, həm də ətri ilə hər kəsi heyran qoyur. Şərqi
Yuxuda armud yemək adətən insanın bəxtinin açılmasına, ruzi-bərəkətin
Son illərdə yoğun bağırsaq xərçəngi yalnız yaşlılarda deyil, 50 yaşd
Bu üsulda porsiyalar kiçildilmir, əksinə, daha çox sağlam və lifli qidala
Nəfəs darlığını görməzlikdən gəlmək infarkt və insult riski yaradır
Baytar həkim qış aylarında hansı ev heyvanlarının gəzinti zamanı mütl�
İran prezidenti Məsud Pezeşkian rəsmi tədbir zamanı türk dilində səslə
Yanvarın 1-də teleaparıcı, müəllim və Yakutiyada turizm sənayesinin inki
Xaricə səyahət edən bir vətəndaş geri qayıtdıqda mobil operatorundan g
Çoxumuz içdiyimiz türk qəhvəsinin və ya filtr qəhvənin qalığını dər
ABŞ-nin 3 yanvarda Venesuelanın Karakas şəhərində mülki və hərbi obyekt
Böyük Britaniya və Fransa hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukray
