Niyə maaş ayın axırına çatmır? Fərqində olmadan edilən səhvlər
Digərləri 05 Yan 2026 19:00:00 94 0
Bir çox insan maaşının hara getdiyini anlamadan ayı başa vurur. Gəlir artsa da, pul ayın ortasında tükənir.
Bu xəbəri də oxu: Dərəyə yıxılıb köməksiz qalan qadın xilas edildi
Son.az-ın məlumatına görə, bunun səbəbi böyük xərclərdən çox, gündəlik vərdişlərdir.
Fərqində olmadan maaşı bitirən səbəblər bunlardır:
Plansız alış-veriş: Marketə siyahısız getmək maaşı ən tez bitirən vərdişlərdəndir. "Gördüm, xoşuma gəldi, aldım" prinsipi ilə edilən alışlar ayın sonunda ciddi maliyyə itkisinə səbəb olur. Mütəxəssislər marketə mütləq əvvəlcədən hazırlanmış siyahı ilə getməyi tövsiyə edirlər.
Xırda xərcləri ciddiyə almamaq: Gündə 1, 3 və ya 5 manatlıq xərclər gözdə kiçik görünür. Lakin ayın sonunda bu xırda məbləğlər maaşın yarısına qədər yüksələ bilir. Ən təhlükəli məqam isə bu xərclərin adətən qeydə alınmamasıdır.
Taksini vərdişə çevirmək: Qısa məsafələr üçün belə taksidən istifadə edənlər ay sonunda ən böyük xərclərdən birinin məhz nəqliyyat olduğunu görür. Xərclər yazıldıqda isə məlum olur ki, taksiyə ayrılan pul ciddi məbləğ təşkil edir.
Status üçün pul xərcləmək: Bəzi insanlar başqalarının gözündə daha yaxşı görünmək üçün bahalı telefonlar, brend geyimlər və lazımsız aksesuarlar alır. "Kiminsə yanında yaxşı görsənim" düşüncəsi ilə edilən bu xərclər maliyyə balansını pozur.
Saxta endirimlərə aldanmaq: Endirim adı ilə təqdim olunan, əslində isə ehtiyac olmayan məhsullar maaşı səssiz şəkildə azaldır. İnsan pul xərcləməməli olduğu halda "endirim var" düşüncəsi ilə alış edir və bu da ümumi büdcəyə ciddi təsir göstərir.
Maliyyə mütəxəssisləri bildirir ki, bu beş vərdiş fərqində olmadan maaşı azaldır. Xərcləri yazmaq, alış-verişi planlamaq və emosional qərarlardan uzaq durmaq isə maaşı qorumağın əsas yoludur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Om
ABŞ-ın Venesuelaya qarşı hərbi müdaxiləsindən sonra prezident Donald Tra
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanın paytaxtı Maska
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ictimaiyyətl�
"Övladlarımı elə ay olur ki, heç görmürəm"
"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin yeni baş
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Opera E
Aşıq Zülfiyyə Kövrək duyğusal açıqlaması ilə diqqət çəkib.
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Venesuela Dövlət Başçısı Maduro ABŞ təhlükəsizlik qüvvələri t
Paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada işıqforları q
Bakıda yeni yol nişanları quraşdırılır.
BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Muhamməd bin
Xəbər verdiyimiz kimi, Türkiyə şou-biznesinin illərdir müzakirə olunan a
