İşçisini öldürdüyü deyilən biznesmen cəzadan azad edilə bilər Anlaqsız imiş
Kriminal 02 Yan 2026 19:14:00 81 0
Dörd ay əvvəl sahibi olduğu brend mağazanın icraçı direktoru işləyən qadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan biznesmen Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilə bilər.
Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, ibtidai istintaq müddətində aparılan psixiatriya yoxlamaları 48 yaşlı Ağcanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyini ortaya çıxarıb.
Təqsirləndirilən şəxsin psixoloji durumu hələ də normal olmadığından o, istintaq təcridxanasından çıxarılaraq ixtisaslaşmış tibbi müəssisəyə yerləşdirilib.
Toplanmış materiallar bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş beş ailə üzvünü anlaqsız vəziyyətdə öldürən Əhməd Əhmədovun cinayətini araşdıran hakim Səbinə Məmmədzadənin icraatına verilib.
Prokurorluq qərarında Emil Ağcanovun xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinməsini, lakin anlaqsız olduğundan cəzadan azad edilərək psixiatriya mərkəzinə yerləşdirilməsini istəyir.
Qətlə yetirilən 37 yaşlı İradə Muradovanın yaxınları isə qərarla razılaşmır. Zərərçəkmiş şəxsin bacısı Rəna Muradova cinayət işi üzrə istintaqın və tibbi yoxlamanın düzgün aparılmadığı ilə bağlı prokurorluq orqanlarına çoxsaylı müraciətlər edib.
Məhkəmə bundan sonrakı mərhələdə təqsirləndirilən şəxsi yenidən tibbi yoxlamadan keçirə və işi araşdırdıqdan sonra ittiham tərəfi ilə eyni nəticəyə gələ bilər.
Yaxın günlərdə iş üzrə məhkəmə istintaqı başlayacaq.
Qeyd edək ki, mərhum İ.Muradova ötən ilin avqustunda Emil Ağcanovun evində boğularaq öldürülmüş vəziyyətdə tapılıb. E.Ağcanov biznes fəaliyyəti ilə məşğul olub. O, "Chermington Transportation Services", "AZRENT", "Caspi Style" şirkətlərinin və İtaliya brendi "YAMAMAY" mağazasının sahibidir.
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi növbəti raket zərb
Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bak�
Mühərrik işlək vəziyyətdə olarkən benzin qapağını açmaq ciddi təhl�
Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarş�
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə hörmət etdiyi
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələri
Artıq 2026-cı ildə süni intellekt bir çox sahədə işçiləri tamamilə ə
Donald Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə böyük səda
İranın ali dini liderinin baş müşaviri Əli Şamxani Vaşinqtonun ölkədə
1 yanvar tarixində Nizami rayonu ərazisində çağırışa gedən təcili tibb
Klint İstvud 31 may 1930-cu ildə San-Fransiskoda anadan olub.
Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur.
Son zamanlar bəzi banklarda faizdən də faiz tutulur. Belə ki, borc götürə
Müasir dünyada hər şey sürətlidir: məlumat, texnologiya, qərarlar və h�
Venesuela hakimiyyəti ABŞ ilə narkotik qaçaqmalçılığına qarşı əməkd
