İşgəncələrdən doğan iniltilərin hiss olunduğu məkan “Siyasi repressiya qurbanları” muzeyi FOTO


Digərləri 27 Dek 2025 13:31:00 56 0

İşgəncələrdən doğan iniltilərin hiss olunduğu məkan  “Siyasi repressiya qurbanları” muzeyi  FOTO

Qarabağ müharibəsi veteranı, filologiya üzrə fəlsəfə doktoru, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü Qivaməddin Rəhimov "Siyasi repressiya qurbanları" muzeyində gördükləri və ictimaiyyətdən gizlədilmiş arxiv materialları barədə təəssüratlarını AZƏRTAC-la bölüşüb.

Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında fəaliyyət göstərən "Siyasi Repressiya Qurbanları Muzeyi", sovet dönəmində "vətən xaini" damğası vurulan minlərlə insanın sorğu-sual edildiyi, işgəncə verildiyi, sürgünə göndərildiyi və amansızca güllələndiyi bir məkandır.

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abasovun təşəbbüsü ilə bir qrup müharibə veteranı "Siyasi Repressiya Qurbanları Muzeyi" ilə tanış olublar.

Repressiyaya məruz qalmış insanlar barədə ictimaiyyətin məlumatlandırılmasında əvəzsiz xidmətləri olan Mirabbas Məmmədov DSX-nin "Siyasi repressiya qurbanları" muzeyinin girişində qrupu qarşılayır və ardınca general-leytenant Fərhad Tağızadə muzeyə gələrək veteranlarla səmimi görüşür.

1920-ci ildə dövlətin balansına keçən bu bina, 1925-ci ildən başlayaraq müxtəlif vaxtlarda SSRİ-nin əsas repressiv qurumları olan AzÇK - Azərbaycan Fövqəladə Komissiyası, NKVD - Dövlət Təhlükəsizlik Nazirliyi, KQB - Dövlət Təhlükəsizlik Komitəsi fəaliyyət göstərib. Xalq arasında "KQB-nin podvalı" kimi tanınan bu binanın zirzəmisi həmin dövrdə həbs olunanların istintaq kameraları, hökm çıxarılanların güllələnməsi üçün uyğunlaşdırılmışdı.

Bu gün muzeyə çevrilən bu binanın zirzəmisində qanunsuz həbslərə etiraz və azadlığı simvolizə edən kompozisiyalar yer almış, saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı bərpa edilib. "Siyasi repressiya qurbanları" muzeyinin kiçik otaqları - karserlərdə insanlar dəhşətli işgəncələrlə məruz qalmış, günlərlə divarlarda quraşdırılan zəncirlərdən asılı vəziyyətdə saxlanılırdılar.

Muzeyin əsas zalında "Danışan sənədlər" adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş 20-yə yaxın sənədin surəti sərgilənir.

Bakı şəhər komendantının 26 may 1920-ci il tarixli əmrində qeyd olunurdu: "Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, evdə sükunət edənlər də fəhlə və kəndli hökumətinin düşməni adlandırılaraq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək...".

Bu kimi sənədlərlə tanış olanda adamın tükləri biz-biz olur.

Xaçmazda 35 yaşlı qadın evdə doğuş zamanı öldü like
  • 27 Dek 13:30  
Digərləri Xaçmazda 35 yaşlı qadın evdə doğuş zamanı öldü

Xaçmaz rayonunda 35 yaşlı qadın evində doğuş zamanı ölüb.

arrow Ətraflı
Daha bir avtobus yeniləndi  Gediş haqqı 60 qəpik olacaq like
  • 27 Dek 13:28  
Digərləri Daha bir avtobus yeniləndi Gediş haqqı 60 qəpik olacaq

Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbə

arrow Ətraflı
AZAL işi simptom kimi: Bastrıkinin açıqlaması niyə qərarın özündən daha təhlükəlidir? like
  • 27 Dek 13:06  
Siyasət AZAL işi simptom kimi: Bastrıkinin açıqlaması niyə qərarın özündən daha təhlükəlidir?

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL-a məxsus təy

arrow Ətraflı
Gələn il vəkillərin sayı Azərbaycanda 3 mini ötəcək  Anar Bağırov like
  • 27 Dek 12:55  
Digərləri Gələn il vəkillərin sayı Azərbaycanda 3 mini ötəcək Anar Bağırov

Son illər ərzində vəkillik dinamik şəkildə inkişaf edir. Vəkillərin sa

arrow Ətraflı
Sabah sulu qar yağacaq like
  • 27 Dek 12:47  
Digərləri Sabah sulu qar yağacaq

Dekabrın 28-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Salyan və Göygöl heyvan bazarları fəaliyyətə başladı like
  • 27 Dek 12:43  
Digərləri Salyan və Göygöl heyvan bazarları fəaliyyətə başladı

Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları yenid�

arrow Ətraflı
Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb like
  • 27 Dek 12:25  
Digərləri Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

arrow Ətraflı
Qazdoldurma məntəqəsinin istismarı dayandırıldı like
  • 27 Dek 12:00  
Digərləri Qazdoldurma məntəqəsinin istismarı dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməs

arrow Ətraflı
Rus təyyarələri hava məkanını pozdu: Polşa qırıcıları qaldırdı like
  • 27 Dek 11:29  
Dünya Rus təyyarələri hava məkanını pozdu: Polşa qırıcıları qaldırdı

Polşa Rusiyaya aid hərbi təyyarələrin fəal uçuşlar həyata keçirməsi i

arrow Ətraflı
Tramp və Zelenskinin görüş tarixi açıqlandı like
  • 27 Dek 11:26  
Dünya Tramp və Zelenskinin görüş tarixi açıqlandı

ABŞ prezidenti Donald Tramp 28 dekabrda Floridada Vladimir Zelenski ilə görü

arrow Ətraflı
2026cı ildən iş saatları dəyişə bilər – deputatın açıqlaması like
  • 27 Dek 11:21  
Digərləri 2026cı ildən iş saatları dəyişə bilər – deputatın açıqlaması

"2026-cı ildən iş qrafiklərinin dəyişdirilməsinin təsdiqi və tətb

arrow Ətraflı