J28243 reysinin faciəsinin ildönümündə həlak olanların xatirəsi anılıb
Digərləri 25 Dek 2025 12:19:00 80 0
25 dekabr 2025-ci il, Bakı - 25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yollarının (AZAL) Bakı - Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar dövlət qurumlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Bu xəbəri də oxu: Evin hüzurunu qaçıran ağaclar: Mütəxəssislərdən ciddi xəbərdarlıq
Son.az xəbər verir ki, anım tədbiri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev, eləcə də dövlət qurumlarının nümayəndələri həlak olmuş ekipaj heyətinin ailə üzvləri ilə birlikdə Bakı şəhərində yerləşən II Fəxri xiyabanı ziyarət ediblər. Mərasim iştirakçıları məzarlara gül dəstələri qoyub, dünyasını dəyişənlərin xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunda da hadisə qurbanlarının xatirəsinə birdəqiqəlik sükut elan olunub.
Daha əvvəl, dekabrın 20-də anım tədbirləri çərçivəsində AZAL-ın rəhbərliyi və həlak olmuş ekipaj üzvlərinin yaxınları Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş qəza yerini də ziyarət ediblər. Bu səfər hadisə qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi və əbədiləşdirilməsi istiqamətində atılan növbəti addım olub. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı - Qroznı reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib. Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə - Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Sağ qalan ekipaj üzvləri - Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli "Rəşadət" ordeni ilə təltif olunublar.
Aysel Son.az
Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu
Xanəndə Nişanə Baxışova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama
"Euronews" telekanalında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxs
25.12.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Tə
Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluq hadisəsi baş verib.
Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.
Qaradağ rayonunda baş verən ağır avtobus qəzasında ölənlərin kimliyi m
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımov
Qusar rayonunda quruyaraq bataqlığa çevrilən məşhur "Bənövşə göl
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "A
Azərbaycanda 2026-cı il üzrə pul siyasətinin məqsədi və çərçivəsi a�
"Kent" markalı siqaretlərin satışı müvəqqəti dayandırılıb.
Böyük Britaniyada 19 yaşında lotereyada təxminən 10 milyon funt sterlinq (
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
