11 abituriyentin nəticəsi ləğv edildi
Digərləri 23 Dek 2025 14:04:00 65 0
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
Bu xəbəri də oxu: Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Bu barədə Son.az-a DİM-dən məlumat verilib.
İbtidai istintaqla İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abituriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilməsi barədə ictimaiyyətə açıqlama verilmişdi.
23 dekabr 2025-ci il tarixdə məhkəmənin baxış iclası keçirilib. İclasda iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin ifadələri dinlənilib, təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin sualları cavablandırılıb.
Qeyd edək ki, ittiham aktına əsasən təqsirləndirilən şəxslər Babayev İslam Elşan oğlu Məmmədov Ayxan İlham oğlu və Məmmədov Murad Mahir oğlu ilə birlikdə, hazırlıq kurslarına gələn və ya tanışı olan abituriyentlərə müxtəlif məbləğdə pul vəsaiti qarşılığında onların imtahanda yüksək bal toplayacaqlarını bildirərək onlara gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrindən istifadə qaydalarını izah etmiş, imtahan günü xüsusi ayaqqabıların içərisinə sözügedən alətləri yerləşdirmiş və binaya daxil olmuş abituriyentlərə sualların cavablandırılmasında köməklik göstərə biləcəklərini qeyd etmişlər.
İstintaqın gedişi zamanı bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyentlər şahid qismində ifadə vermiş və öz əməllərini ifadələrində etiraf etmişlər. Abituriyentlərdən bəziləri sözügedən texniki vasitələrlə imtahan binasına daxil olmuş və istifadə etmiş, bəziləri imtahan keçirilən otağa texniki vasitələrlə daxil olsalar da, yaranmış texniki nasazlıq səbəbindən onlardan istifadə edə bilməmiş, bəziləri növbəti imtahanda binaya girişdə yoxlama rejimini həyata keçirən əməkdaşlar tərəfindən üzərində qurğular aşkarlandığı üçün imtahana buraxılmamış, bəziləri isə girişdə yoxlama rejimindən çəkinib geri qayıdaraq ayaqqabılarını dəyişərək adi qaydada binaya daxil olmuşlar. Nəzərinizə çatdırırıq ki, 11 abituriyentdən 9-nun imtahan (müsabiqə) nəticəsi ləğv edilmiş və onlar ixtisas seçiminə buraxılmamışdır. İş üzrə şahid qismində adı hallanan digər 2 abituriyent isə binaya daxil olana qədər sözügedən texniki vasitələri çıxarıb adi qaydada imtahanda iştirak etdiyi üçün onların nəticələri ləğv edilməmişdir.
Ceffri Epşteynlə Maykl Ceksonun birgə görüntüləndiyi və uzun müddətdir
Qubanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yarana
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Xalq artisti Röya Ayxan efirə geyindiyi libasla diqqət çəkib.
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) s�
Asya Əhmədovanın "Sən Vətənsən" adlı poeması oxuculara təqdi
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Hülya Avşar 10 oktyabrda ad günü hədiyyəsi olaraq özünə aldığı 10 mi
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni reklam layihəsindən əl
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, 2026-cı ild�
Müğənni Şəbnəm Tovuzlunun qızının harada işlədiyi məlum olub.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respu
