Bakıda ikinci "Babək prospekti" yaranır Yük artır, iki zolaqlı yol tab gətirmir
Digərləri 23 Dek 2025 11:20:00 59 0
Bakıda ikinci "Babək prospekti" yaranır.
Bu xəbəri də oxu: Günün qoroskopu: Ulduzlar sizin tərəfinizdədir və yeni yollar açılır
Son.az xəbər verir ki, Binəqədi şossesi Bakının Babək prospektinə çevrilir.
İllər əvvəl yaşayış olmayan ərazilərdə xeyli canlanma var. Artıq Binəqədi şosesi şəhərin avtomobil satış mərkəzlərindən biri kimi tanınır. Bu bənzətmə əsasən yolboyu sıx yerləşən avtosalonlar və avtomobil təmiri sexləri ilə bağlıdır.
Binəqədi şosesində avtomobil satışı, servis və təmir xidmətləri göstərən obyektlərin çoxluğu, sürücülər üçün geniş seçim imkanı yaradır. Yolboyu hər iki tərəfdə xeyli avtosalonlar və texniki xidmət məntəqələri yerləşir. Burada həm yeni avtomobillərin satışı, həm də ikinci əl avtomobillərin alınması və satışı üçün geniş imkanlar mövcuddur.
Usta sexlərinin çoxluğu isə sürücülər üçün əlavə üstünlük təmin edir. Bu sexlərdə avtomobillərin müxtəlif təmir işləri görülür, yağ dəyişimi, əyləc sistemlərinin yoxlanışı, karoser və boya işləri kimi xidmətlər təklif olunur. Bu xüsusiyyət Binəqədi şosesini yalnız alış-veriş üçün deyil, həm də avtomobil xidmətləri baxımından regionun mərkəzlərindən birinə çevirir.
Şəraitin belə sıx olması həm sürücülərə seçim imkanı yaradır, həm də ərazinin biznes potensialını artırır. Avtosalonların və usta sexlərinin sıx yerləşməsi səbəbindən sürücülər ehtiyaclarını eyni ərazidə, vaxt itirmədən ödəyə bilir. Bu da Binəqədi şosesini şəhərin digər avtomobil mərkəzləri ilə müqayisədə xüsusi fərqləndirir.
Binəqədi şosesi yalnız şəhərin ikinci nəqliyyat arteriyası olmaqla kifayətlənmir, eyni zamanda avtomobil sektoru üçün mühüm iqtisadi və xidmət mərkəzi kimi də diqqət çəkir. Bu xüsusiyyət onu Babək prospekti ilə oxşarlaşdırmağa imkan verir.
Buna baxmayaraq, Binəqədi şosesinin mənfi tərəfi də var. Xüsusilə pik saatlarda, səhər saatlarında 2 zolaqdan ibarət yol ciddi dərəcədə yüklənir. Şəhər mərkəzi ilə 7 mühüm ərazi arasında ( Binəqədi, Mehdiabad, Digah, Fatmayi, Goradil, Pirşağı, Novxanı, Sumqayıt ) əlaqəni təmin edən əsas nəqliyyat arteriyası olması səbəbindən burada tıxaclar tez-tez müşahidə olunur. Bu isə sürücülərin hərəkətini çətinləşdirir və müəyyən gecikmələrə səbəb olur.
Nəzərə almaq lazımdır ki, hələ təzə yol adlanan ərazidə tikilən yaşayış kompleksi istifadəyə verilməyib. O binalarda da yaşayış olsa, Binəqədi yolu, Baksol və Biləcəri yolayrıcısı bu qədər yükə ümumiyyətlə tab gətirməyə bilər.
İsmayıl Son.az
Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik m
Azərbaycanın məşhur alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Fik
İkitərəfli ticarət dövriyyəmizə baxdıqda, ötən il Azərbaycanla ticar�
Sosial şəbəkələrdə müğənni Xatun Əliyevanın arxiv fotoları yayılıb
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci
Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik maddi ya
Məşhur simaları hədəf alan narkotik istintaqı çərçivəsində aparılan
Qazaxıstanda komissiya yaradılıb və istintaq hələ də davam edir. Hadisə
Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal tə
Səudiyyə Ərəbistanında son 30 ildə ilk dəfə qar yağıb.
Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəza
ABŞ administrasiyası ölkəni könüllü tərk edən qanunsuz immiqrantlar ü�
Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir.
Bu gün Bakının Xətai, Suraxanı və Binəqədi rayonlarında bəzi ərazilə
"Ned's Declassified School Survival Guide" serialında Martin Q
