Kukla səhnəsinin “Qaraca qız”ı


Kriminal 22 Dek 2025 11:06:00 85 0

Kukla səhnəsinin “Qaraca qız”ı

Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə klassik ədəbiyyat nümunəsinə - Süleyman Sani Axundovun ölməz "Qaraca qız" hekayəsinə səhnə həyatı verib.

Bu barədə Son.az-a Teatrın mətbuat xidmətindən bildirilib.

Dekabrın 19-da baş tutan premyera, bir tərəfdən tanış bir ədəbiyyat nümunəsini yenidən xatırladır, digər tərəfdən isə müasir uşaqlara humanist dəyərləri fərqli rakursdan təqdim edir.

Bildiyiniz kimi, Süleyman Sani Axundovun "Qorxulu nağıllar" silsiləsinə daxil olan bu təsirli hekayə 1948-ci ildə Abdulla Şaiq tərəfindən səhnələşdirilərək pyesə çevrilmiş və zamanla ölkənin müxtəlif teatrlarında uğurla tamaşaya qoyulmuşdur. 

Kukla Teatrının səhnəsində isə bu əsər təxminən 1970-ci illərdə oynanılıb və qısa müddət sonra repertuardan çıxarılıb. Uzun illər fasilədən sonra əsərə yenidən müraciət olunması bir növ onun səhnəyə qayıdışıdır.

Tamaşanın yeni səhnələşdirmə və quruluş müəllifi rejissor Səidə Haqverdiyevadır. O,  "Qaraca qız" tamaşasına həzin və düşüncəli yanaşma gətirməklə onun vizual gücünü artırmağa çalışıb. 

Beləcə klassik əsərin bədii ruhunu qorumaqla yanaşı, müasir uşaq auditoriyasına uyğun dramaturji və vizual həllər tətbiq edib. Nəticədə final səhnəsində faciəni yumşaldaraq, qəhrəmanı bir simvola - əfsanəyə çevirməklə ona ümidverici mesaj qazandırıb.

Tamaşanın musiqi tərtibatı da xüsusi qeyd olunmalıdır. Əməkdar artist Vüqar Camalzadənin bəstələri, Sevinc Nuruqızının yazdığı mahnı sözləri əsərin emosional dərinliyini daha da gücləndirir. Quruluşçu rəssam Rəvanə Yaqubova isə kuklalar və səhnə elementləri vasitəsilə əsərin həm realist, həm də nağılvari atmosferini balanslı şəkildə təqdim edir.

Birhissəli uşaq tamaşasında obrazları Prezident mükafatçısı Aygül Ağayeva, aktyorlar Cavid İbrahimov, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli Abbasova və Bayram Ağamalıyev ifa edirlər. 

Sürətli keçidlər sayəsində həm nağılçı, həm də kukla ifaçısına çevrilən aktyor heyəti tamaşaçı ilə kukla arasındakı emosional ünsiyyəti təsirli edə biliblər. Bu mənada musiqi və səhnə hərəkəti ilə sinxronluq uşaqlar və böyüklər tərəfindən maraqla qarşılanır.

Onu da qeyd edək ki, premyera anşlaqla keçib.

Vanqa rus ulduzla qohum imiş... like
  • 22 Dek 11:00  
Şou-biznes Vanqa rus ulduzla qohum imiş...

Rusiyalı müğənni Filipp Kirkorov bolqarıstanlı məşhur ekstrasens Vanqa i

arrow Ətraflı
Namaz qıldığını deyən Ayanın geyimi müzakirə mövzusu oldu  VİDEO like
  • 22 Dek 10:48  
Şou-biznes Namaz qıldığını deyən Ayanın geyimi müzakirə mövzusu oldu VİDEO

Müğənni Ayan Babakişiyevanın səhnə geyimi müzakirələrə səbəb olub.

arrow Ətraflı
İdarə rəisinin öldüyü qəzadan görüntülər like
  • 22 Dek 10:44  
Digərləri İdarə rəisinin öldüyü qəzadan görüntülər

Xocavənddə vəzifəli şəxsin ölümü ilə nəticələnən qəzanın görü

arrow Ətraflı
Səki yox, sanki tələdir  Bu səki insan həyatı ilə oynayır like
  • 22 Dek 10:41  
Digərləri Səki yox, sanki tələdir Bu səki insan həyatı ilə oynayır

Sulutəpə dairəsinə aparan yolda piyadalar üçün təhlükəli vəziyyət ya

arrow Ətraflı
O, sizə birbaşa baxır  və düşündüyünüzdən çox daha çox anlayır like
  • 22 Dek 10:39  
Digərləri O, sizə birbaşa baxır və düşündüyünüzdən çox daha çox anlayır

Səhnə gələcəkdən çıxmış kimi idi. Los-Anceles yaxınlığındakı Burb

arrow Ətraflı
Xaçmazın bəzi ərazilərində işıq olmayacaq like
  • 22 Dek 10:36  
Digərləri Xaçmazın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Xaçmaz rayonunun Xudat şəhərinin bəzi ərazilərində elektrik ener

arrow Ətraflı
Bakıda bacıqardaş dəm qazından zəhərlənərək ölüblər like
  • 22 Dek 10:31  
Digərləri Bakıda bacıqardaş dəm qazından zəhərlənərək ölüblər

Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.

arrow Ətraflı
Yanvar ayından varlanacaq 5 bürc  Xoşbəxt günlər gözləyir like
  • 22 Dek 10:22  
Digərləri Yanvar ayından varlanacaq 5 bürc Xoşbəxt günlər gözləyir

Yeni ilin ilk ayı bəzi bürclər üçün maliyyə baxımından olduqca uğurlu

arrow Ətraflı
Faciəvi şəkildə ölən ərarvadın FOTOsu like
  • 22 Dek 10:05  
Digərləri Faciəvi şəkildə ölən ərarvadın FOTOsu

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvanda ər və arvad dəm qazı sızm

arrow Ətraflı
Maska, peyvənd....  Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi like
  • 22 Dek 09:50  
Digərləri Maska, peyvənd.... Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi

Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində

arrow Ətraflı
Bayramda 1 həftə evdəyik? like
  • 22 Dek 09:45  
Şou-biznes Bayramda 1 həftə evdəyik?

Sosial şəbəkələrdə və bəzi saytlarda Yeni il münasibəti ilə 1 həftə

arrow Ətraflı
Aysun polisə şikayət etdi like
  • 22 Dek 09:44  
Şou-biznes Aysun polisə şikayət etdi

Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı yayılan böhtan və

arrow Ətraflı
Azərbaycanda qiymətlər ucuzlaşa bilər  Vergi yükü azaldılır like
  • 22 Dek 09:44  
Digərləri Azərbaycanda qiymətlər ucuzlaşa bilər Vergi yükü azaldılır

"Vergi Məcəlləsində" qəbul edilən və gələn il yanvarın 1-də

arrow Ətraflı
Bakıda evdə yanğın: ölən var like
  • 22 Dek 09:35  
Digərləri Bakıda evdə yanğın: ölən var

Bakıda evdə yanğın zamanı bir nəfər ölüb.

arrow Ətraflı