Ənənəvi duşlar gələcəkdə tarixə çevriləcək – ilk sifarişləri otellər verdi
Digərləri 21 Dek 2025 08:08:00 93 0
Yaxın gələcəkdə klassik duşların yerini "insan yuma maşınları" ala bilər. Bu futuristik texnologiya artıq reallığa çevrilmək üzrədir.
Bu xəbəri də oxu: Dayanmadan qar yağacaq: hava kəskin soyuyur – TARİX
Son.az xəbər verir ki, Yaponiyada gələcəyin duş anlayışı üzərində aparılan araşdırmalar nəticəsində tamamilə fərqli bir sistem hazırlanıb. Adi duş başlığı və su axını əvəzinə, insan bədənini avtomatik şəkildə yuyan, masaj edən və rahatladan xüsusi kapsul təqdim olunur. Bu sistem mahiyyət etibarilə insanlar üçün nəzərdə tutulmuş bir növ "paltaryuyan maşın" kimi işləyir.
"Gələcəyin İnsan Yuma Maşını" yuyunma təcrübəsini fərdiləşdirmək üçün ultrasəs dalğaları ilə süni intellekti birləşdirir. Osaka mərkəzli Science Co. şirkəti tərəfindən hazırlanan cihaz ilk dəfə Expo 2025 sərgisində nümayiş etdirilib.
Ziyarətçilər qapalı kapsulun içinə uzanır və bütün təmizlik prosesi avtomatik həyata keçirilir. Kabin əvvəlcə isti su və xırda hava köpükləri ilə dolur, proses sakitləşdirici musiqi və təbiət görüntüləri ilə müşayiət olunur. Bu köpüklər sabun istifadə olunmadan kir və ölü dəri hüceyrələrini təmizləyir.
Sensorlar istifadəçinin dəri tipini və ruh halını real vaxt rejimində analiz edir. Buna uyğun olaraq işıq effektləri və ətirlər seçilir, rahatladıcı atmosfer yaradılır. Son mərhələdə su püskürtmə sistemi bədəndə qalan bütün qalıqları aradan qaldırır. İstifadəçinin yuyunma zamanı hər hansı ovma və ya hərəkət etməsinə ehtiyac qalmır. Yuma və qurulama daxil olmaqla bütün proses təxminən 15 dəqiqə çəkir.
Yay aylarında keçirilən sorğuya əsasən, istifadəçilərin 77,6 faizi bu təcrübəni "çox məmnunedicı", 21,1 faizi isə "məmnunedicı" kimi qiymətləndirib.
Əvvəlcə satışa çıxarılması planlaşdırılmayan bu cihaz üçün şirkət artıq Yaponiyadakı otellərdən 6 ədəd sifariş alındığını açıqlayıb.
Cihazın mürəkkəb mexaniki hissələri, böyük ölçüsü və mövcud evlərə quraşdırılmasının çətinliyi onun qiymətini xeyli artırır. Şirkət nümayəndələrinin sözlərinə görə, bu sistemin dəyəri "idxal olunan lüks avtomobil qiymətinə yaxın" olacaq.
Lalə Qüdrətova Son.az
Reper Dado Əliyev keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibidən dan
Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplər
Yüz il və daha artıq yaşayan adamlar uzunömürlülüklərinə görə həyat
Gözlərinizi gündəlik ekran yorğunluğundan və yaşla bağlı problemlərd�
ABŞ-nin Milli Standartlar və Texnologiya İnstitutundan (NIST) olan iki fizik
Pul qabımızı hər gün yanımızda daşıyırıq, lakin içindəki kartlar v�
Çinko insan bədəni üçün həyati əhəmiyyət daşıyan minerallardan birid
Şəki rayonunun Bideyiz kəndi ərazisində canavarın hücumu nəticəsində b
Gündəlik həyatda kiçik görünən, amma çox vaxt diqqətdən yayınan detal
Son.az 21 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Bəzi adamlar mənə Elza deyə müraciət edirlər. Nə cürətlə? Tərbiyəd�
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ son reklam anlaşması ilə media günd�
Azərbaycandan göndərilən neft məhsullarının ilk partiyasının Ermənista
Bakı Dəmiryol Vağzalının qarşısından Hövsan istiqamətində hərəkət
