"Azərbaycan və Türkiyə birbirinə hərbi yardım göstərəcək"


Digərləri 16 Dek 2025 12:46:00 72 0

"Azərbaycan və Türkiyə birbirinə hərbi yardım göstərəcək"

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun məqsədi qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir".

Bu xəbəri də oxu: Laçına da qar yağır FOTO

Son.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında" qanun layihəsini təqdimat edərkən deyib.

Arzu Nağıyev bildirib ki, sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir: "Memorandumun məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə təlimlərin, hərbi təhsilin və müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Sənəd 8 maddədən ibarətdir.

Razılığa əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər.

Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə yuxarıda qeyd edildiyi kimi mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər.

Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir.

Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirirlər, buna müvafiq olaraq, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları ( məxfi, tam məxfi, xüsusi əhəmiyyətli) bir-birləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər.

Tərəflər arasında bu Memorandumun təfsiri və ya həyata keçirilməsi ilə bağlı yaranan fikir ayrılıqları yalnız tərəflər arasında keçiriləcək danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

Anlaşma Memorandumuna tərəflərin qarşılıqlı yazılı razılığına əsasən istənilən zaman düzəliş və ya əlavələr edilə bilər.

Tərəflərdən hər biri digər tərəfə ləğvetmə niyyətini diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirərək Memorandumu ləğv edə bilər. Bu halda Memorandum həmin bildirişin alındığı tarixdən 60 gün sonra ləğv edilir.

Anlaşma Memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir, üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir".


Xəbərə aid foto

"Caucasus Auto"nun Bakıda yeni baş ofisi açıldı like
  • 16 Dek 12:45  
Digərləri "Caucasus Auto"nun Bakıda yeni baş ofisi açıldı

Regionun ən tanınmış və etibarlı avtomobil logistikası şirkətlərindən

arrow Ətraflı
Sabah Bakıda çiskin olacaq like
  • 16 Dek 12:32  
Digərləri Sabah Bakıda çiskin olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Onlardan ipotekanın dövlət qeydiyyatı üçün rüsum tutulmayacaq like
  • 16 Dek 12:25  
Digərləri Onlardan ipotekanın dövlət qeydiyyatı üçün rüsum tutulmayacaq

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiy

arrow Ətraflı
Sertifikat və sınaq nəticələri beynəlxalq standartlara uyğun olacaq  Yeni qanun like
  • 16 Dek 12:20  
Digərləri Sertifikat və sınaq nəticələri beynəlxalq standartlara uyğun olacaq Yeni qanun

Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir.

arrow Ətraflı
"iPhone" üçün "WhatsApp"da yeni funksiya like
  • 16 Dek 12:14  
Digərləri "iPhone" üçün "WhatsApp"da yeni funksiya

"WhatsApp" mesencerinin "iOS" üçün beta versiyasında &qu

arrow Ətraflı
"Sığınacaqların sayı real ehtiyacı qarşılamır"  Mehriban Zeynalova like
  • 16 Dek 12:06  
Digərləri "Sığınacaqların sayı real ehtiyacı qarşılamır" Mehriban Zeynalova

Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil.

arrow Ətraflı
Azərbaycanlı məşhur tenor London Kral Opera evinin səhnəsində! like
  • 16 Dek 12:04  
Kriminal Azərbaycanlı məşhur tenor London Kral Opera evinin səhnəsində!

Azərbaycanlı məşhur tenor Yusif Eyvazov ötən gün London Kral Balet və Op

arrow Ətraflı
Azərbaycan və Türkiyə hərbi təhlükəsizliyi gücləndirən sənədi təsdiqlədi like
  • 16 Dek 11:54  
Siyasət Azərbaycan və Türkiyə hərbi təhlükəsizliyi gücləndirən sənədi təsdiqlədi

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasın

arrow Ətraflı
İşçilərinin hər birinə 100 min dollar verdi like
  • 16 Dek 11:50  
Digərləri İşçilərinin hər birinə 100 min dollar verdi

Dünyaca məşhur müğənni Teylor Svift çıxdığı "Eras" turundan

arrow Ətraflı
Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi like
  • 16 Dek 11:27  
Digərləri Azərbaycanda bu işçilər üçün məhdudiyyət tətbiq edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğull

arrow Ətraflı
Dekabrın bu günlərində uzunmüddətli güclü maqnit qasırğası olacaq like
  • 16 Dek 11:22  
Dünya Dekabrın bu günlərində uzunmüddətli güclü maqnit qasırğası olacaq

Dekabrın 15-20-si arasında geomaqnit şəraiti nisbətən sakit və sabit olac

arrow Ətraflı
"Manifest"in qızları həbs edildi  Həmin rəqsə görə... like
  • 16 Dek 11:18  
Şou-biznes "Manifest"in qızları həbs edildi Həmin rəqsə görə...

Türkiyənin məşhur "Manifest" qrupunun üzvləri həbs edilib.

arrow Ətraflı