Komandasının hər üzvünə 100 min dollar bonus payladı


Şou-biznes 15 Dek 2025 19:58:00 85 0

Komandasının hər üzvünə 100 min dollar bonus payladı

Dünyaca məşhur müğənni Teylor Svift  "The Eras Tour" çərçivəsində onunla çalışan bütün komandaya ümumilikdə 197 milyon dollar məbləğində bonus verib. Bu barədə sənətçinin turneyə həsr olunmuş "The End of an Era" adlı sənədli serialında maraqlı detallar yer alıb.

Son.az xəbər verir ki, sənədli filmdə Teylor Sviftin xüsusi olaraq adlandırdığı "Bonus Günü"nə necə hazırlaşdığı nümayiş etdirilib. Kadrlarda müğənninin komanda üzvləri üçün yüzlərlə təşəkkür kartını şəxsən yazdığı, hətta onları mum möhürlə bağladığı görünür.

Qremmi mükafatlı sənətçi bu günü belə izah edib: "Bonus günü mənim üçün çox önəmlidir. 'The Eras Tour'da bir ənənə yaratmaq istədim. Turne daha çox gəlir gətirirsə, yollarda çalışan insanlar da daha çox bonus almalıdır. Bu insanlar inanılmaz dərəcədə zəhmətkeşdir və öz işlərinin ən yaxşısıdırlar. Ona görə də komandadakı hər kəsə öz əlimlə məktub yazdım. Bu, bir neçə həftə çəkdi, amma çox xoş idi. Onların qayıdacaqları həyatları, aylarla görmədikləri uşaqları, dincələcəkləri vaxtı düşünmək insana ayrı bir hiss yaşadır. Sonda 'təşəkkür edirəm' demək... bu, Milad səhəri kimi hiss etdirir."

Məlumata görə, bonus alanlar arasında yük maşını sürücüləri, iaşə işçiləri, musiqi alətləri üzrə texniklər, merch komandası, işıq və səs mütəxəssisləri, istehsalat heyəti, dülgərlər, rəqqaslar, musiqiçilər, mühafizəçilər, xoreoqraflar, pirotexniklər, səhnə qurucuları, saç, makiyaj və geyim üzrə mütəxəssislər, fizioterapevtlər və video komandası yer alıb.

Sənədli filmdə Sviftin yazdığı kartlardan birinin mətni də qismən göstərilib. Məktubda belə deyilir: "Biz birlikdə dünyanı gəzdik, izdihamı valeh etdik, amma ailələrimizdən ötrü də çox darıxdıq. Minnətdarlığım pulla ölçülmür, amma bu məbləğ sadəcə təşəkkür demək üçündür. Sevgilərlə, Teylor."

Lalə Qüdrətova Son.az


Xəbərə aid foto

Azyaşlı itib  Valideynləri axtarılır like
  • 15 Dek 19:36  
Digərləri Azyaşlı itib Valideynləri axtarılır

Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisi

arrow Ətraflı
Tom Kruza bəd like
  • 15 Dek 19:30  
Şou-biznes Tom Kruza bəd

Hollivud ulduzu Tom Kruzun və rejissor Doq Limanın birgə üzərində çalış

arrow Ətraflı
Prezidentin generalleytenant rütbəsi verdiyi Abdullayev kimdir? like
  • 15 Dek 19:22  
Digərləri Prezidentin generalleytenant rütbəsi verdiyi Abdullayev kimdir?

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəla

arrow Ətraflı
DİN və prokurorluq həmin qətllə bağlı məlumat yaydı like
  • 15 Dek 19:09  
Digərləri DİN və prokurorluq həmin qətllə bağlı məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilmiş qətll

arrow Ətraflı
Vüqar Əhməd saxlanıldı  AÇIQLAMA like
  • 15 Dek 19:04  
Digərləri Vüqar Əhməd saxlanıldı AÇIQLAMA

Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.

arrow Ətraflı
Balakəndə ağır qəza  ölən və yaralananlar var like
  • 15 Dek 19:02  
Digərləri Balakəndə ağır qəza ölən və yaralananlar var

Bu gün saat 17 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində &q

arrow Ətraflı
"Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..." like
  • 15 Dek 19:00  
Digərləri "Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..."

Bəzi vitamin və qida əlavələri dərmanlarla birləşdirilməməlidir.

arrow Ətraflı
19 yaşlı qız dəm qazından öldü like
  • 15 Dek 18:51  
Digərləri 19 yaşlı qız dəm qazından öldü

Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Gültəkin Hacıbəyli deportasiya olunur like
  • 15 Dek 18:46  
Digərləri Gültəkin Hacıbəyli deportasiya olunur

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən de

arrow Ətraflı
Yanan binanın sakinlərinə təzminat ayrıldı like
  • 15 Dek 18:39  
Digərləri Yanan binanın sakinlərinə təzminat ayrıldı

Noyabrın 21-də yanğın baş vermiş Yasamal rayonu Mirəli Seyidov 19A ünvan

arrow Ətraflı
" 55 min manatlıq xına mərasimləri təşkil edirəm" like
  • 15 Dek 18:30  
Şou-biznes " 55 min manatlıq xına mərasimləri təşkil edirəm"

Şair Nazilə xına mərasimləri ilə bağlı açıqlaması ilə gündəmə gə

arrow Ətraflı
Çin istehsalı olan şüşə fincanlarda ağır metallar aşkarlandı like
  • 15 Dek 18:19  
Digərləri Çin istehsalı olan şüşə fincanlarda ağır metallar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının &qu

arrow Ətraflı
Gəncə Hava Limanında like
  • 15 Dek 18:10  
Digərləri Gəncə Hava Limanında

Gəncə Hava Limanında ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Verilişə oğlu ilə gəlib gizlətdi  aparıcı Zaur İFŞA ETDİ like
  • 15 Dek 18:00  
Şou-biznes Verilişə oğlu ilə gəlib gizlətdi aparıcı Zaur İFŞA ETDİ

Zaur Kamalın aparıcılıq etdiyi verilişdə maraqlı anlar yaşanıb.

arrow Ətraflı
Biləsuvarda qadın boğularaq öldürülübmüş  Gəlini və onun qardaşı saxlanıldı like
  • 15 Dek 17:52  
Digərləri Biləsuvarda qadın boğularaq öldürülübmüş Gəlini və onun qardaşı saxlanıldı

Biləsuvar rayon sakininin qəsdən öldürülməsi müəyyən olunub.

arrow Ətraflı