Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi keçirilir


Digərləri 15 Dek 2025 16:52:00 68 0

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi keçirilir

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Bu xəbəri də oxu: Tanınmış şair vəfat etdi

Son.az report.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində dekabrın 15-də keçirilən prosesə hakim Natiq Əliyev sədrlik edir.

Qeyd edək ki, cari il sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq tədbirləri nəticəsində Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah - AKMS markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 7 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 9 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hadisə yerindən təxliyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub.

Bundan başqa, qanunvericiliyin tələblərinə və edilən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əxlaqsızlığı təbliğ edən serialla bağlı tədbir görüldü  FOTO like
  • 15 Dek 16:45  
Digərləri Əxlaqsızlığı təbliğ edən serialla bağlı tədbir görüldü FOTO

Asena Keskincinin çəkildiyi serialla bağlı RTÜK araşdırma başlayıb.

arrow Ətraflı
Binəqədidə evin bünövrəsi çökdü  “Evə gələn kimi gördük ki,..." like
  • 15 Dek 16:29  
Digərləri Binəqədidə evin bünövrəsi çökdü “Evə gələn kimi gördük ki,..."

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu Biləcəri qəsəbəsi Tomris məhəl

arrow Ətraflı
Biləcəri sakinləri evlərinin torpaqda batmasından şikayət edirlər like
  • 15 Dek 16:26  
Digərləri Biləcəri sakinləri evlərinin torpaqda batmasından şikayət edirlər

Bakı şəhərinin Biləcəri qəsəbəsində bir çox fərdi yaşayış evləri

arrow Ətraflı
İstanbul təhlükə ilə üzüzə like
  • 15 Dek 16:22  
Digərləri İstanbul təhlükə ilə üzüzə

İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq edilib.

arrow Ətraflı
Aysunun keçmiş ərinin model xanımı ilə FOTOsu maraq yaratdı like
  • 15 Dek 16:15  
Şou-biznes Aysunun keçmiş ərinin model xanımı ilə FOTOsu maraq yaratdı

Müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı vəkil Ramil Vəliyevin

arrow Ətraflı
Sumqayıtda qızlar şalvar geyindiyi üçün məktəbə buraxılmır?  RƏSMİ AÇIQLAMA like
  • 15 Dek 15:57  
Digərləri Sumqayıtda qızlar şalvar geyindiyi üçün məktəbə buraxılmır? RƏSMİ AÇIQLAMA

Sumqayıtda bəzi məktəblərdə geyim qaydaları ilə bağlı narazılıq yara

arrow Ətraflı
Laçında hərəkət olmayan tuneldə qəza törədən sürücü həbs edildi like
  • 15 Dek 15:50  
Digərləri Laçında hərəkət olmayan tuneldə qəza törədən sürücü həbs edildi

Laçın-Kəlbəcər yolunun Hacısamlı kəndindən keçən hissəsində istifad

arrow Ətraflı
Prezidentin "Azərbaycan Bayrağı" ordeni ilə təltif etdiyi Rəfail Mirzəyev kimdir?  DOSYE like
  • 15 Dek 15:44  
Digərləri Prezidentin "Azərbaycan Bayrağı" ordeni ilə təltif etdiyi Rəfail Mirzəyev kimdir? DOSYE

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

arrow Ətraflı
Özözünə hərəkət edən avtomobil qəza törətdi like
  • 15 Dek 15:41  
Digərləri Özözünə hərəkət edən avtomobil qəza törətdi

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti ilə 8

arrow Ətraflı
Nura nazirliyə çağırıldı like
  • 15 Dek 15:39  
Şou-biznes Nura nazirliyə çağırıldı

Müğənni Nura Suri bir müddət əvvəl Mədəniyyət Nazirliyi ilə bağlı s

arrow Ətraflı
Şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi  YENİLİK like
  • 15 Dek 15:38  
Digərləri Şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi YENİLİK

DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətl

arrow Ətraflı
Amnistiya aktı onlara şamil ediləcək like
  • 15 Dek 15:34  
Digərləri Amnistiya aktı onlara şamil ediləcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

arrow Ətraflı
Rüşvət verib “sertifikatlar” alan plastik cərrahlar  – ADLAR like
  • 15 Dek 15:30  
Digərləri Rüşvət verib “sertifikatlar” alan plastik cərrahlar – ADLAR

Xəbər verdiyimiz kimi, rüşvət müqabilində plastik cərrahiyəyə icazə v

arrow Ətraflı
Amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir like
  • 15 Dek 15:25  
Digərləri Amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

arrow Ətraflı
Sakinlər Saray MTKdan şikayətçidir like
  • 15 Dek 15:25  
Digərləri Sakinlər Saray MTKdan şikayətçidir

Saray MTK-da avtomobillərin həyət ərazisində nizamsız şəkildə saxlanıl

arrow Ətraflı