Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər unikal xarakter daşıyır Əli Əsədov
Siyasət 12 Dek 2025 11:32:00 79 0
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər həqiqətən unikal xarakter daşıyır.
Bu xəbəri də oxu: Ana Vətən Partiyası fəaliyyətini dayandırır? Fəzail Ağamalıdan AÇIQLAMA
Son.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aşqabadda "Beynəlxalq sülh və etimad ili (2025)", Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunan beynəlxalq forumun plenar iclasında deyib.
Baş nazir xatırladıb ki, cari ilin oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Sammiti çərçivəsində təməli qoyulan Füzuli məscidinin inşası təşəbbüsünə görə azad olunmuş Füzuli şəhərinin sakinləri bir müddət əvvəl hörmətli Qurbanqulu Məlikquluyeviçə minnətdarlıq məktubu ünvanlayıblar.
"Biz həmçinin özbək, qazax və qırğız qardaşlarımız tərəfindən Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin, eləcə də Ağdamda Manas adına məktəbin inşasına görə göstərilən qardaşlıq dəstəyini yüksək qiymətləndiririk.
Eyni zamanda azad edilmiş ərazilərin dirçəlişi istiqamətində göstərilən qardaş dəstəyinə görə Türkiyəyə də dərin təşəkkürümüzü bildiririk.
Bütün bunlar, şübhəsiz ki, xalqlarımızın birliyinin bariz nümunəsi kimi Azərbaycan xalqının qəlbində əbədi qalacaq", - deyə o vurğulayıb.
Ə.Əsədov qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə ölkəmizin tamhüquqlu iştirakçı qismində qəbul edilməsi bizim Azərbaycan xüsusi əhəmiyyətə malikdir:
"Bizi çoxəsrlik ortaq tarix, mənəvi-mədəni irs, qardaşlıq, dostluq və həmrəylik birləşdirir".
Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım
Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rob
Avropada sürətlə yayılan və H3N2 virusunun yeni mutasiyası ilə əlaqələ
"Ana Vətən Partiyasının fəaliyyəti qaydasındadır".
Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış yeni "Strateji G�
Hamımız qələbəyə köklənmişdik. Amma bu futboldu, istədiyimiz olmadı.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrə
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə iki kollec�
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP)
Xəbər verdiyimiz kimi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübariz
Ağ Ev cümə axşamı ABŞ Prezidenti Donald Trampın əlindəki sarğılarla b
Ekspert qeyd edib ki, smartfon, tətil, toy və ya hədiyyə məqsədilə kredit
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində hə
Xalq artisti Röya Ayxan telekanalların birində qonaq olarkən maraqlı anlar
