“Qumar kralı”nın adamının şirkəti bağlandı
Kriminal 11 Dek 2025 12:50:00 72 0
Elektron pul təşkilatı - "Paysis" MMC-nin fəaliyyəti dayandırılıb.
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, şirkət və onun rəhbəri internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllərdə ittiham olunur.
Bu səbəbdən də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
"Artıq cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənə qədər AMB "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddəsi rəhbər tutaraq, "Paysis"ə lisenziya çərçivəsində göstərilən ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verib", - məlumatda vurğulanıb.
Qeyd edək ki, "Paysis"in direktoru "qumar kralı" kimi tanınan Yusif Baqiyevin adamı Samir Nasibovdur. S.Nasibov da hazırda həbsdədir. O, Şəkili Yusiflə birgə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qumarxana təşkil etmə cinayətlərində ittiham olunur. Dəstə üzvlərinin cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub.
Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə
"Ləman Qulamovanın vəziyyəti ağır stabil olaraq qalır".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Türkm�
Paysis MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xi
Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat hadisəs
2027-ci il 2 avqust tarixində baş verəcək tam Günəş tutulması son 100
Əməkdar artist Dilarə Əliyeva ilə mərhum həyat yoldaşı, tanınmış akt
Son illər sağlam qidalanma trendlərinin əsas komponentlərindən biri kimi �
Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş gener
Meteorologiya mütəxəssislərinin zəifləyən Qütb Burulğanı ilə bağlı
Türkiyədə barəsində 49 müxtəlif cinayət işi üzrə axtarış elan oluna
Generalla kapitanı üz-üzə gətirən "şabalıd işi" üzrə məhk�
Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlar�
