Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək RƏSMİ


Digərləri 09 Dek 2025 11:42:00 75 0

Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək  RƏSMİ

2026-cı il dövlət büdcəsi zərfinə daxil olan bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

Son.az xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

"Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi üzrə

1. Sahibkarların sosial sığorta yükünün optimallaşdırılması istiqaməti üzrə

Minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə fərdi sahibkarlar dövriyyədən 2% dərəcə ilə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər; Kənd təsərrüfatı sahəsində mövcud rejim saxlanılır və dərəcələr qismən artırılır (5 ha-dək minimum əmək haqqının 5 faizi, 10 ha-dək 7,5 faizi, 10 ha-dan çox olduqda 12,5 faizi); Fərqlənmə nişanı almaqla sərnişin daşıma fəaliyyəti üzrə mövcud rejim saxlanılır (minimum əmək haqqının 6 faizi); Sabit qəbz alan şəxslər üzrə mövcud rejim saxlanılır və dərəcələr qismən artırılır (minimum əmək haqqına tətbiq edilən 3%-in 5%-ə, 5%-in isə 8%-ə qaldırılması, regional əmsallar tətbiq edilməklə); Vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar üzrə xərclər çıxılmaqla gəlirlərinin 10 faizi miqdarında ödənilən sosial sığorta haqqının dərəcəsi 10 faizdən 15 faizə artırılır. 2. Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması istiqaməti üzrə

Naxçıvan Muxtar Respublikasında sığortaedənlər tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasının yalnız qeyri-dövlət sektoruna aid edilən, Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat (neft-qaz sahəsi istisna olmaqla) sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilməsi və ilkin dövrdə tam şəkildə (100 faiz həcmində), növbəti illərdə isə qismən (illərə görə 80, 60 və 40 faiz həcmində) subsidiyalaşdırılması; Naxçıvan Muxtar Respublikasının rezidenti olan və qeyri-dövlət sektoruna aid edilən (neft-qaz, maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (Naxçıvan Muxtar Respublikasında istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sığortaedənlər tərəfindən özlərinə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının 2036-cı il yanvarın 1-dək tam şəkildə tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması təklif edilir. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi üzrə

1. Hazırda icbari şəxsi sığorta vəsaitləri dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi və qanunda göstərilən digər istiqamətlərlə yanaşı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatına da yönəldilir. Bu vəsaitin istifadə istiqaməti genişləndirilərək yalnız müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə deyil, əlilliyi olan bütün şəxslərə yönəldilməsi təklif edilir.

2. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, dövlət icbari şəxsi sığorta vəsaitləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsinə də yönəldilə biləcək.

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunlarda dəyişiklik edilməsi üzrə

1. Talassemiya irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına, hemofiliya irsi qan xəstəliyi olan şəxslərə münasibətdə isə icbari tibbi sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.

"Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi üzrə

1. Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalıların ayrıca kateqoriyası olaraq müəyyən ediləcək, onlar sığortalı qismində özləri çıxış edəcəklər və onlar tərəfindən ödənilməli olan icbari tibbi sığorta haqqının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

2. Qeyri-dövlət sektoruna (neft-qaz sahəsi istisna olmaqla) aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə əmək haqqının 2 500 manatdan yuxarı hissəsi üzrə tibbi sığorta haqqı daha aşağı dərəcə ilə müəyyən ediləcək:

sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz; sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz. 3. Aksizli mallar üzrə hesablanmış aksiz məbləğinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi, habelə yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv ediləcək.

4. Siyahısı və illik xərci müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səhiyyə sahəsində dövlət proqramları və tədbirləri icbari tibbi sığorta fondunun vəsaitləri hesabına maliyyələşdiriləcək.

Balacalıqdan böyütdükləri pitbul 2 yaşındaki uşaqlarını öldürdü  FOTO like
  • 09 Dek 11:41  
Dünya Balacalıqdan böyütdükləri pitbul 2 yaşındaki uşaqlarını öldürdü FOTO

Yunanıstanın Zakintos adasında baş verən dəhşətli hadisə Britaniyalı a

arrow Ətraflı
Sosial yardım alanlara sevindirici xəbər  Milli Məclis qərar verdi like
  • 09 Dek 11:32  
Digərləri Sosial yardım alanlara sevindirici xəbər Milli Məclis qərar verdi

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir.

arrow Ətraflı
Azərbaycan təhsilində yeni metodik sistem qurulur  Elnur Əliyev like
  • 09 Dek 11:25  
Digərləri Azərbaycan təhsilində yeni metodik sistem qurulur Elnur Əliyev

Azərbaycanda uzun illər fəaliyyət göstərən köhnə metodik kabinetlərin

arrow Ətraflı
Bakıda piyadalar ölümdən son anda xilas oldular  ANBAAN VİDEO like
  • 09 Dek 11:21  
Digərləri Bakıda piyadalar ölümdən son anda xilas oldular ANBAAN VİDEO

"Yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalara riayət etməklə d

arrow Ətraflı
Milli Məclis 2026cı ilin dövlət büdcəsini təsdiqlədi like
  • 09 Dek 11:19  
Digərləri Milli Məclis 2026cı ilin dövlət büdcəsini təsdiqlədi

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında&quo

arrow Ətraflı
Gürcüstana getmək istəyənlərə xəbərdarlıq  1 yanvardan... like
  • 09 Dek 11:15  
Digərləri Gürcüstana getmək istəyənlərə xəbərdarlıq 1 yanvardan...

1 yanvar 2026-dan Gürcüstana gedən xarici vətəndaşlar üçün yeni qayda q

arrow Ətraflı
Bakıda partlayış: Dağıntılar altında qalanlar var like
  • 09 Dek 11:06  
Digərləri Bakıda partlayış: Dağıntılar altında qalanlar var

Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.

arrow Ətraflı
Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var like
  • 09 Dek 11:00  
Digərləri Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var

Bəzi ənənəvi səhər yeməyi məhsulu əslində səhər saatlarında orqaniz

arrow Ətraflı
Bakıda uşaq bağçasından meyit tapıldı like
  • 09 Dek 10:51  
Digərləri Bakıda uşaq bağçasından meyit tapıldı

Bakıda uşaq bağçasından meyit tapılıb.

arrow Ətraflı
Yeni ildən beş bürcün maaşı artacaq like
  • 09 Dek 10:50  
Digərləri Yeni ildən beş bürcün maaşı artacaq

Ulduzlara görə, ilin ilk aylarından etibarən bəzi bürcləri uğurlu anlaş

arrow Ətraflı
DİNdən kibercinayətkarlıqla bağlı XƏBƏRDARLIQ like
  • 09 Dek 10:48  
Digərləri DİNdən kibercinayətkarlıqla bağlı XƏBƏRDARLIQ

Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə hallar

arrow Ətraflı
Dəyişiklik məktəbin içindən və sinif otağından başlamalıdır  Nazir müavini like
  • 09 Dek 10:46  
Digərləri Dəyişiklik məktəbin içindən və sinif otağından başlamalıdır Nazir müavini

"Son illər ərzində ölkə üzrə 3600-dən artıq təhsil müəssisəsin

arrow Ətraflı
SevilSevinc “ana oldu” like
  • 09 Dek 10:41  
Şou-biznes SevilSevinc “ana oldu”

Müğənnilər Sevil və Sevinc Səfərovaların paylaşımları marağa səbəb

arrow Ətraflı
"BMW"nin alışdığı qəzanın anbaan görüntüsü like
  • 09 Dek 10:35  
Digərləri "BMW"nin alışdığı qəzanın anbaan görüntüsü

Ötən gün Masazırda baş verən dəhşətli qəzanın anbaan görüntüsü ya

arrow Ətraflı
Monqol quzularının kəsilmə şəraiti  "Ən çox restoranlar alır"  VİDEO like
  • 09 Dek 10:30  
Digərləri Monqol quzularının kəsilmə şəraiti "Ən çox restoranlar alır" VİDEO

Sosial şəbəkələrdə monqolustan quzularının kəsilmə şəraitinə dair g

arrow Ətraflı