Məmməd İbrahimlinin Apellyasiya şikayəti təmin edilmədi
Digərləri 08 Dek 2025 15:22:00 65 0
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: Hansı kosmetoloqlardan razı qalmısız? SORĞU
Son.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Belə ki, Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə M. İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.
Onların evində axtarış aparıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.
Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimlinin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.
Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində
ABŞ Prezidenti Donald Trampın quru əməliyyatının başlamağa hazır olduğ
Sosial şəbəkələrdə 2005-ci illdə çəkilmiş arxiv görüntülər yenidə
Azərbaycan ABŞ-dən Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət
Baş nazir Əli Əsədovun imzaladığı "Hərbi-həkim ekspertizası haqq�
Ağbənd-Kəlalə avtomobil yolunun tikintisi davam edir və layihənin 2026-cı
2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyət
Xəbər verdiyimiz kimi, Bakıda 39 yaşlı fotoqrafın meyiti Dənizkənarı Mi
Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində ağı
Göygöl Rayon İcra Hakimiyyətinin iki əməkdaşı vəzifəsindən azad edili
Regional ölkələr arasında məsləhətləşmələrin davam etdirilməsini də
Azərbaycanlı gəmiçi Albaniyanın Durres limanında gəmidə işləyərkən
Dünya şöhrətli müğənni Cennifer Lopez sosial şəbəkə hesabında 79 ya�
