"Haranı bitirmisən?" sualının yerini "nə bacarırsan?" tutub Universitetlərlə bağlı vəziyyət dəyişir
Digərləri 06 Dek 2025 12:30:00 52 0
"Ali təhsil artıq "elit seçim" deyil, kütləvi mərhələyə keçib".
Bu xəbəri də oxu: Aeroport yolunda təhlükəli vəziyyət FOTO
Son.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, əgər 50 il əvvəl məktəb məzunlarının cəmi 15-20 faizi universitetlərə üz tuturdusa, 1980-ci illərin sonunda bu göstərici 25-30 faizə qalxmışdı. Bu gün isə bəzi ölkələrdə ali təhsilə yönələnlərin payı 50-70 faiz, hətta daha yüksəkdir.
Ekspert nəzərə çatdırıb ki, Finlandiyada bu göstərici 94 faiz, Cənubi Koreyada 96 faiz, ABŞ-da 82 faiz, Böyük Britaniyada isə təxminən 60 faizdir:
"Bu rəqəmlər ali təhsilin genişlənməsini göstərir, amma keyfiyyət və real fayda məsələsini avtomatik həll etmir".
K.Əsədov qeyd edib ki, pandemiyadan sonra isə daha dərin dönüş baş verib. Bildirib ki, ənənəvi universitet modeli artıq yeganə və ya əsas bilik mənbəyi olmaqdan uzaqlaşıb:
"İnsanlar gördülər ki, real iş bacarıqları, çevik kompetensiyalar və tez uyğunlaşma qabiliyyəti klassik auditoriya mühitindən daha sürətli və effektiv formada qeyri-formal təhsil vasitəsilə əldə oluna bilir. Qısa müddətli kurslar, ixtisasartırma proqramları, onlayn təlimlər və sertifikatlar bir çox hallarda universitet diplomundan daha funksional nəticə verir".
Əlavə edib ki, bu, universitetlərin tamamilə lazımsız olması anlamına gəlmir. Vurğulayıb ki, problem ondadır ki, bir çox universitetin verdiyi təhsil əmək bazarının real tələblərindən geri qalır. İşəgötürənlər artıq "haranı bitirmisən?" sualından çox, "nə bacarırsan?" sualını verir:
"Və bu bacarıqların böyük hissəsi 4-5 il davam edən klassik təhsil yox, məqsədli, qısa və praktiki proqramlarla formalaşır".
K.Əsədov hesab edir ki, yaxın 5 ildə auditoriyalarda ənənəvi dərslərin əsasən zəif təhsil sistemi olan ölkələrdə qalacağı ehtimalı getdikcə güclənir. Güclü təhsil sistemləri isə daha çevik, hibrid, praktik və fərdiləşdirilmiş modellərə keçir. Söyləyib ki, artıq yeni təhsilalma və təhsilvermə modeli sınaqdan çıxıb və uğurlu nəticə göstərib:
"Az xərcli, mobil, çevik və ehtiyaca əsaslanan təhsil dövrü başlayıb. Bu prosesin qarşısını almaq mümkün deyil. Məsələ bu dəyişikliklərə dirənmək yox, onları düzgün oxumaq, milli təhsil siyasətini və universitet modelini bu reallıqlara uyğunlaşdırmaqdır. Təhsil diplom üçün deyil, real həyat üçün olmalıdır".
Mina Mikayılova Son.az
"Mən bu yazıda nə tarixi şəxsiyyət Məhsəti Gəncəvinin, nə də fi
Ölkəmizdə "böyük endirim" adı ilə satılan tekstil məhsulları
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf M
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müda
Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən b
Bəzi qəzalar var ki, onların baş verməsinə səbəb avtomobilin texniki və
"Demişdi ki, Təranənin qızın toyuna getsəniz, mənimlə daha danışma"
Çində səfərdə olan Fransa Prezidenti Emmanuel Makron tələbələrlə gör�
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən 2026 FIFA Dünya Kubokunun
Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubba ölkəsinin mill
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası üzrə ümumilikdə
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.
"Liily" qrupunun üzvü Maks Morando ilə nişanlanan amerikalı müğ
