Qobudakı yanğınla bağlı RƏSMİ MƏLUMAT


Digərləri 05 Dek 2025 14:35:00 52 0

Qobudakı yanğınla bağlı RƏSMİ MƏLUMAT

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Qobu Park-1" yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Son.az-a verilən xəbərə görə, yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib: "Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif Hüseynov Bakı şəhəri Xəzər rayonu Qala qəbiristanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar".

Bildirilib ki, yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür: "Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.

Dövlət Komitəsinin rəhbərliyi baş vermiş yanğında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

Zahidə Günəşin ailəsini hansı müğənni DAĞIDIB? like
  • 05 Dek 14:30  
Şou-biznes Zahidə Günəşin ailəsini hansı müğənni DAĞIDIB?

Müğənni Zahidə Günəş ikinci ailəsinin dağılmasına səbəb olan həmk

arrow Ətraflı
Rəqsanə ev dustağı olduğu halda efirə necə çıxıb?  Özü açıqladı like
  • 05 Dek 14:26  
Şou-biznes Rəqsanə ev dustağı olduğu halda efirə necə çıxıb? Özü açıqladı

Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayı

arrow Ətraflı
“Meta”ya qarşı araşdırmalara başlanıldı like
  • 05 Dek 14:25  
Digərləri “Meta”ya qarşı araşdırmalara başlanıldı

Avropa Komissiyası Meta-nın "WhatsApp" platformasında süni intelle

arrow Ətraflı
“Cloudflare”in çökməsi ölkə üzrə saytları iflic etdi  RƏSMİ like
  • 05 Dek 14:22  
Digərləri “Cloudflare”in çökməsi ölkə üzrə saytları iflic etdi RƏSMİ

Bu gün "Cloudflare"in qlobal infrastrukturunda müşahidə olunan fas

arrow Ətraflı
Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI like
  • 05 Dek 14:12  
Digərləri Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib

arrow Ətraflı
Türkiyəli aparıcılar saxlanıldılar  FOTO like
  • 05 Dek 14:08  
Digərləri Türkiyəli aparıcılar saxlanıldılar FOTO

Türkiyədə üç TV spikeri jandarma tərəfindən saxlanılıb.

arrow Ətraflı
ABŞyə getmək istəyənlərin nəzərinə!  Qadağa qoyuldu like
  • 05 Dek 14:00  
Dünya ABŞyə getmək istəyənlərin nəzərinə! Qadağa qoyuldu

ABŞ administrasiyası yaxın vaxtlarda bir sıra ölkələrin vətəndaşları

arrow Ətraflı
Robotu nazir təyin etdilər, o da rüşvət aldı like
  • 05 Dek 13:48  
Dünya Robotu nazir təyin etdilər, o da rüşvət aldı

Albaniyada robot nazirin rüşvət iddiası yayılıb.

arrow Ətraflı
Qırılan eskalatorda xəsarət alanların vəziyyəti açıqlandı like
  • 05 Dek 13:43  
Digərləri Qırılan eskalatorda xəsarət alanların vəziyyəti açıqlandı

Dekabrın 4-də İncəsənət Gimnaziyası yaxınlığındakı yeraltı keçidd�

arrow Ətraflı
Milli Qəhrəmanın atası vəfat etdi like
  • 05 Dek 13:43  
Digərləri Milli Qəhrəmanın atası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Fazil

arrow Ətraflı
Avtobus yük maşını ilə toqquşdu  ölən var  FOTO like
  • 05 Dek 13:38  
Digərləri Avtobus yük maşını ilə toqquşdu ölən var FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba r

arrow Ətraflı
Rəqsanə Zaurdan buna görə inciyib like
  • 05 Dek 13:36  
Şou-biznes Rəqsanə Zaurdan buna görə inciyib

Bir müddət əvvəl ev dustaqlığından azad edilən müğənni Rəqsanə İsm

arrow Ətraflı
4 nəfərin ölümünə səbəb olmuşdu  Kombi niyə partlayır? like
  • 05 Dek 13:35  
Digərləri 4 nəfərin ölümünə səbəb olmuşdu Kombi niyə partlayır?

Bu gün səhəri dəhşətli yanğın xəbərləri ilə açdıq. Bədbəxt hadis

arrow Ətraflı
Qubada liseydə yoxlamalar başlanıldı: Direktora cinayət işi açılıb? like
  • 05 Dek 13:26  
Digərləri Qubada liseydə yoxlamalar başlanıldı: Direktora cinayət işi açılıb?

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüll�

arrow Ətraflı