Şahzadə Diananın sevimli saatları
Digərləri 01 Dek 2025 03:03:00 63 0
Smartfonların hələ icad olunmadığı dövrlərdə qol saatları əvəzolunmaz əşya sayılırdı. Şahzadə Diananın kolleksiyasında çoxsaylı modellər var idi: gündəlik klassik üslubdan tutmuş brilyantla bəzədilmiş zərif dizaynlara qədər.
Bu xəbəri də oxu: Azərbaycanda 6 aylıq körpə iynədən öldü
Son.az bu unikal saatlardan bəzilərini təqdim edir.
Cartier - Tank Louis
Sarı qızıldan hazırlanmış, tısbağa dərisindən qara qayışlı bu saatların Dianaya atası, 8-ci Qraf Spenser tərəfindən hədiyyə edildiyi güman olunur. Şahzadə üçün bu, gündəlik istifadə etdiyi model idi.
Patek Philippe - Calatrava
Sarı qızıldan hazırlanmış qolbaqlı bu saatlar Dianaya 20 illik ad günü münasibətilə şahzadə Çarlz tərəfindən hədiyyə olunmuşdu. Lakin boşandıqdan sonra o, bu saatları taxmağı dayandırdı.
Cartier - Tank Française
Sarı qızıldan hazırlanmış bu model, qolbağa inteqrasiya olunmuş fərqli korpusa malikdir. Diananın ölümündən sonra bu saatlar onun kiçik oğlu şahzadə Harriyə miras qaldı. Hazırda bu saatları Harriyin həyat yoldaşı Meqan Markl taxır.
Cartier - Panthère
Bu qızıl saatları Dianaya sevgilisi Dodi əl-Fayyed hədiyyə etmişdi. Panthère modeli dördbucaqlı, lakin küncləri yumrulanmış korpusu ilə fərqlənir.
Vacheron Constantin - Brilyantlı kokteyl saatı
Bu brilyantlı saatlar əvvəlcə İsveçrə tərəfindən kraliça II Yelizavetaya toy hədiyyəsi kimi təqdim edilmişdi. Kraliça daha sonra həmin qiymətli saati 1981-ci ildə oğlu şahzadə Çarlzla evlənərkən Dianaya toy hədiyyəsi olaraq vermişdi.
Patek Philippe - Calatrava
1981-ci ildə Diananı Vindzor qəsrindəki Guards polo klubunda iki saatla birgə görüntüləmişdilər. Bunun çox duyğusal səbəbi var idi - şahzadə Çarlz poloda oynayarkən, Diana onun Patek Philippe saatlarını öz saatı ilə birlikdə taxırdı. Bu, onun sevgi və qayğı rəmzi idi. Şahzadə bu jesti bir neçə dəfə təkrarlamışdı - hələ münasibətləri isti olan dövrlərdə. Onun bu romantik hərəkəti həmin saatı əsl simvola çevirdi.
Asprey
Diana bu brilyant saatları Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsindən hədiyyə olaraq almışdı. Saatlar tam bir zərgərlik dəstinin tərkib hissəsi idi - dəst boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət idi. Daha sonralar Diana bu saatı çoker (boyunbağı) formasına salaraq yenidən düzəltdirmişdi. /Lent.az
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin şəxsi istifadəsində olan
"Whatcar" portalı araşdırma apararaq, yürüş məsafəsi çox olan
Sistemdə boşluq var və limitsiz pulsuz gediş əldə etmək mümkündür. Bu
Bu reseptdə çırpmağa ehtiyac yoxdur, quru ərzaqları olduğu kimi istifadə
Florida ştatının Mayami şəhərində keçirilən Ukrayna və ABŞ nümayənd
71 yaşlı İmaməli Cavadov sağ ikən özünə məzar qazdırdı, başdaşı d
Şalqam bənövşəyi, qırmızı və yaşıl rənglərdə yetişən, soğanla b
Bu gün Azərbaycanın Laçın rayonunun erməni işğalından azad edilməsind�
Son.az 1 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Havanın sürətlə soyuması ilə təbii qaz sərfiyyatı da ciddi şəkildə
Venesuela prezidenti Nikolas Maduro azı 18 aydan tez olmamaq şərtilə istefay
Pizzanın ləzzətini artıran ən məşhur ədviyyatlar arasında oreqano, kək
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijo
Tavada yeməklərin yapışmasının qarşısını almağın ən təsirli yollar
