Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı
Digərləri 28 Noy 2025 08:41:00 65 0
Meyvə və tərəvəzlərlə bağlı aparılan araşdırmaya görə ən sağlam qidalar açıqlanıb. Mütəxəssislər 17 əsas qidanı qiymətləndiriblər.
Son.az xəbər verir ki, araşdırmada qidaların kalium, lif, protein, kalsium, dəmir, tiamin, riboflavin, niasin, folat, sink və müxtəlif vitamin dəyərləri nəzərə alınıb.
Tərtib olunan qiymətləndirməyə görə kartof 100 baldan 10,51 bal alaraq sonuncu yeri tutub. Meyvələr arasında isə qreyfrut 10,47 balla ən aşağı göstəriciyə sahib olub.
Araşdırmanın nəticələrinə əsasən siyahı belə formalaşıb:
10-cu yer: Qara kələm - 62,49 bal
9-cu yer: Qıvrım kahı - 63,48 bal
8-ci yer: Cəfəri - 65,59 bal
7-ci yer: Yarpaq kahı - 70,73 bal
6-cı yer: Hindiba - 73,36 bal
5-ci yer: İspanaq - 86,43 bal
4-cü yer: Çuğundur yarpağı - 87,08 bal
3-cü yer: Çuğundur - 89,27 bal
2-ci yer: Çin kələmi - 91,99 bal
Zirvədə isə hər kəsi təəccübləndirən bir bitki dayanıb. Araşdırmanın nəticəsinə görə 100 baldan 100 bal alaraq birinci yerə çıxan tərəvəz - su tərəsi olub.
Mütəxəssislərin "Mükəmməl" adlandırdığı su tərəsi Brassicaceae (kələmkimilər) fəsiləsinə aiddir və lahana, brokoli, Brüssel kələmi kimi tərəvəzlərlə "qohumdur". K vitamini baxımından çox zəngin olan su tərəsi xroniki xəstəlik riskini azaldır.
Araşdırma ilə bağlı danışan dosent Dr. Jennifer Di Noia qeyd edib ki, güclü meyvə və tərəvəzlər ürək-damar xəstəlikləri, neyrodegenerativ xəstəliklər və bəzi xərçəng növləri daxil olmaqla çoxlu sayda xroniki xəstəlik riskini azaltma potensialına malikdir. Lalə Qüdrətova Son.az
ABŞ-li diyetoloq Maddi Paskuariello hər gün şirniyyat yesə də formada qalm
Mütəxəssislər xəbərdarlıq edirlər ki, smartfonları gecə saat 12:00-05:
4 min nəfərin beyin hüceyrələri arasındakı əlaqələr araşdırılıb.
Norveçdə aparılan yeni araşdırma göstərir ki, gündə üç-dörd fincan q
Artıq lazım olmayan geyim alışını dayandırmaq üçün ağıllı və planl
Fon rejimində işləyən televizor uşaqlar üçün zərərlidir.
Alimlər kvant dünyanın düşündüyümüzdən daha qəribə olduğunu açıql
Bu gün demək olar ki, bütün asansörlərdə gördüyümüz güzgülər əsli
Paltaryuyan maşın il ərzində yüzlərlə dəfə işləyir və bu həm enerji
Şabran şəhərində, Şabrançayın kənarında torpaq sürüşməsi təhlük�
Türkiyəni soyuq qış gözləyir. Tezliklə havanın temperaturu aşağı dü�
Show TV-nin yeni serialı "Rüya Gibi"nin yayımlanma tarixi açıqlan
Son.az 28 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Rusiyanın Domodedovo Şəhər Məhkəməsi aktrisa Aqlaya Tarasova barəsində
