Əli Əsədov qərar imzaladı
Digərləri 26 Noy 2025 17:50:00 56 0
Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib.
Bu xəbəri də oxu: Bağçada uşaqlara niyə ət verilmir ŞİKAYƏT FOTO VİDEO
Son.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulacaq.
İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və yaxud yazılı formada məlumat verir. Ərizəçi məlumat alındığı tarixdən 5 iş günü müddətində sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəyir və ödənişi təsdiq edən sənədi idarəedici təşkilata təqdim edir.
Ərizəçi dövlət rüsumu ödənilməsi faktını təsdiqləyən sənədi təqdim etdikdən sonra sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim olunur və ya sifarişli poçtla göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Əsasnamənin 8.6-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim olunmadıqda idarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini ləğv edir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə göndərir.
Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib.
Azərbaycan Milli Xalça Muzeyi həmin axşam qədim ipək fəlsəfəsinin müas
Müğənni Mənzurə Musayeva türkiyəli mərhum sənətçi İbrahim Erkal haqq
Azərbaycanda noyabrda müşahidə olunan mülayim havaya səbəb isti hava küt
Sabirabad rayonu Əsgər Şərbətov adına Çiçəkli kənd tam orta məktəbin
Bakıdakı 98 saylı dövlət bağçasında uşaqlara dövlət tərəfindən ayr
Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində avtomobil yanğını qey
Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 50 gündən çoxdur ki, mənbə
Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb.
Müğənni Leyla Rəhimova mərhum Əməkdar artist Aygün Bəylərin illər ə
Honkonqda mənzil kompleksində güclü yanğın olub.
2025-ci ilin noyabr ayı ərzində (25.11.2025-ci il tarixinədək) keçirilmiş
Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma
Prezident İlham Əliyevin noyabrın 26-da imzaladığı sərəncamla ədliyyə
