Azərbaycan və Ermənistan parlament nümayəndələri İstanbulda nə barədə danışıblar?
Siyasət 26 Noy 2025 11:41:00 50 0
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov noyabrın 18-də Ermənistan parlament nümayəndə heyəti ilə keçirilmiş görüş barədə məlumat verib.
Son.az xəbər verir ki, o, bu barədə Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında danışıb.
Millət vəkilinin sözlərinə görə, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilmiş 23-cü payız sessiyası zamanı iki ölkə parlament nümayəndə heyətləri arasında keçirilmiş görüşdə parlamentlərin sülh prosesinə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan nümayəndə heyəti həm ikitərəfli görüşdə, həm də Assambleyanın iclaslarında Azərbaycan tərəfinin Ermənistana tranzit daşımalara olan məhdudiyyətləri aradan qaldırmasını minnətdarlıqla qeyd edib.
Görüşün müsbət ab-havada keçdiyini qeyd edən Q.Məmmədov parlament xətti ilə dialoq aparılmasının faydalı olduğunu bildirib.
Qeyd edək ki, İstanbulda keçirilən görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub.
Paytaxt sakini Naiq Rzayevin başına qəribə hadisə gəlib.
Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqy
Türkiyəli aktrisa Hande Erçel özəl həyatı barədə səsləndirdiyi fikirl
Avropanın enerji siyasəti elə bir mərhələyə daxil olub ki, artıq iqtisad
Noyabrın 21-də Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş v
Samirə Əfəndinin erməni iştirakçıya 12 bal verməsi yeni qalmaqal yaradı
İran parlamentinin plenar iclasından çəkilən görüntülər müzakirələr�
Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə
Bölgələrdə heyvan bazarının bağlanması sakinlərin narazılığını art
Zülfiyyə Qurbanova sürücünü ifşa etdi – “Maşın mənimdir, nə istə
Müğənni Amina Şirin qapalı geyim tərzi ilə bağlı yaranan suallara ayd�
"OpenAI" ChatGPT-nin yenilənmiş versiyasını təqdim edib.
Noyabrın 30-da Həzi Aslanov stansiyasındakı təmirin başlamasının 1 ili o
SİMA yeni nəsil rəqəmsal imzanın yeni QR paylaşım funksiyası istifadəy�
