Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb


Siyasət 26 Noy 2025 09:22:00 72 0

Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb

21 sentyabr 2025-ci il tarixində "Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti" mövzusunda keçirilmiş III Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanıb.

Son.az xəbər verir ki, bu əlamətdar hal Bakı Təhlükəsizlik Forumunun təhlükəsizlik sahəsində artan əhəmiyyətindən, beynəlxalq institusional-hüquqi perspektivindən xəbər verir.

Forumun builki plenar iclası Bakı Təhlükəsizlik Forumunun Əsasnaməsinin və Bəyannaməsinin qəbul edilməsi, həmçinin ümumi razılıq əsasında dünyada ilk dəfə xüsusi xidmət və təhlükəsizlik orqanları arasında 24/7 rejimli Antiterror İnformasiya Mübadiləsi Sisteminin yaradılmasının qərara alınması ilə yadda qalıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı, 90-a yaxın xarici xüsusi xidmət orqanının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirin iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciətdə bildirilir ki, Forum qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması ənənəsinin yaranması Forumun timsalında Bakının qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir.

Forumun Bəyannaməsində iştirakçı dövlətlər beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliklərini bildirərək, xüsusi xidmət və təhlükəsizlik orqanları tərəfindən transmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq və qlobal təhlükəsizliyə təhdid sayılan digər hallarla mübarizədə səylərin birləşdirilməsinin, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin, təcrübə və məlumat mübadilələrinin fasiləsiz, aktiv və operativ şəkildə aparılmasının və beynəlxalq təhlükəsizliyin etibarlı təmin olunması üçün davamlı olaraq birgə qətiyyətli addımların atılmasının vacibliyini bəyan etmişlər.

Qeyd edək ki, Forumda həmçinin BMT-nin təhlükəsizlik sahəsində aidiyyəti strukturları təmsil olunmuş, Forumun Bəyannaməsinin və Azərbaycan Respublikası Prezidentinin müraciətinin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanması Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin müraciəti əsasında olmuşdur.

Lirə, rubl ucuzlaşdı, avro isə bahalaşdı  RƏSMİ like
  • 26 Noy 09:16  
Digərləri Lirə, rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Yeni radar quraşdırıldı  Diqqətlə baxmasan görünmür  VİDEO like
  • 26 Noy 09:12  
Digərləri Yeni radar quraşdırıldı Diqqətlə baxmasan görünmür VİDEO

Keçmiş Fəhlə prospektinə yeni radarlar quraşdırılıb.

arrow Ətraflı
Bələdiyyə sədrinə "stop" qoyuldu like
  • 26 Noy 09:10  
Digərləri Bələdiyyə sədrinə "stop" qoyuldu

Şamaxıda 6 kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyy�

arrow Ətraflı
Avtomobilin şüşəsinə qabyuyan maye çəkin like
  • 26 Noy 08:42  
Digərləri Avtomobilin şüşəsinə qabyuyan maye çəkin

Soyuq hava ilə birlikdə buxarlanma şikayətləri artır, mütəxəssislər s

arrow Ətraflı
Elza Seyidcahan: “Milyon kişinin içində otura bilərəm, amma …” like
  • 26 Noy 08:21  
Şou-biznes Elza Seyidcahan: “Milyon kişinin içində otura bilərəm, amma …”

"Musiqi bazarı yoxdur, bazar onda olar ki, bəstəkarlardan mahnı alarlar

arrow Ətraflı
Dəsmallardakı lentlərin əsl məqsədi açıqlandı like
  • 26 Noy 08:08  
Digərləri Dəsmallardakı lentlərin əsl məqsədi açıqlandı

Əl-üz dəsmallarının üzərindəki düz, parlaq və bəzəkli lentlərin sad

arrow Ətraflı
Pərvin sosial şəbəkələrdən buna görə uzaqlaşıbmış like
  • 26 Noy 07:07  
Şou-biznes Pərvin sosial şəbəkələrdən buna görə uzaqlaşıbmış

Bir müddət qalmaqallarla gündəmə gələn aktrisa Pərvin Abıyeva son zaman

arrow Ətraflı
Həftədə bir dəfə yeməklə damarları “təmizləyən” möcüzəvi qida like
  • 26 Noy 05:05  
Digərləri Həftədə bir dəfə yeməklə damarları “təmizləyən” möcüzəvi qida

Yüksək xolesterol bu gün geniş yayılmış sağlamlıq problemlərindən bir

arrow Ətraflı
Bu qidadan uzaq durun  Bədənə gizli təsirləri VAR like
  • 26 Noy 04:04  
Digərləri Bu qidadan uzaq durun Bədənə gizli təsirləri VAR

Mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik həyatda "günahsız&q

arrow Ətraflı
Bu 3 içki ömrü uzadır  Sübut edildi like
  • 26 Noy 03:03  
Digərləri Bu 3 içki ömrü uzadır Sübut edildi

İngiltərədə aparılan genişmiqyaslı elmi araşdırma göstərib ki, günd�

arrow Ətraflı
Oturaq həyat tərzi yerişi dəyişir  Araşdırma like
  • 26 Noy 02:02  
Digərləri Oturaq həyat tərzi yerişi dəyişir Araşdırma

Uzun müddət oturaq vəziyyətdə qalmaq və fiziki aktivliyin az olması, sağ

arrow Ətraflı
Timati buna görə like
  • 26 Noy 01:38  
Şou-biznes Timati buna görə

Məşhur reper və iş adamı Timatinin niyə indiyə qədər evlənmədiyi mə

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 26 Noy 01:05  
Digərləri Türkiyədə zəlzələ oldu

Aralıq dənizinin Muğla sahillərində  4,1 bal gücündə zəlzələ baş v

arrow Ətraflı
Xalq artisti efirdə ağladı like
  • 26 Noy 01:03  
Şou-biznes Xalq artisti efirdə ağladı

Xalq artisti İlqar Muradov bu dəfə efirə nəvələri ilə çıxıb.

arrow Ətraflı
Bu addımına görə Senatdan uzaqlaşdırıldı like
  • 26 Noy 00:55  
Dünya Bu addımına görə Senatdan uzaqlaşdırıldı

Avstraliyada illərdir ictimai yerlərdə üzü tam örtən geyimlərin qadağan

arrow Ətraflı