Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib FOTO
Digərləri 24 Noy 2025 17:37:00 63 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qaradağ rayonunun Qobustan qəsəbəsində salınmış yeni parkın açılışında iştirak edib.
Bu xəbəri də oxu: Könül Vəlibəylinin qızının son durumu
Son.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun 60-cı kilometrliyində, yaşayış evlərinin qarşısında yerləşən yeni istirahət məkanının ümumi sahəsi 10 min 350 kvadratmetrdir. Qobustan qəsəbəsi sakinləri üçün sağlam və keyfiyyətli istirahət məkanı formalaşdırmaq, yaşayış mühitini daha da yaxşılaşdırmaq məqsədilə parkda geniş abadlaşdırma işləri aparılıb. Yaşıllaşdırma işləri çərçivəsində park ərazisində müxtəlif növ ağaclar, kol bitkiləri və güllər əkilib, qazon salınıb. Sakinlərin və xüsusən də uşaqların rahatlığı üçün ərazidə söhbətgahlar, uşaq oyun meydançaları quraşdırılıb, həmçinin işıq dirəkləri, oturacaqlar və zibil qabları yerləşdirilib.
Açılış tədbiri çərçivəsində xüsusi ağacəkmə aksiyası keçirilib. Leyla Əliyeva və IDEA könüllülərinin iştirakı ilə parkın müxtəlif hissələrində sərv ağacları əkilib.
Bloger Fatimə Əhmədova televiziya proqramında həyat yoldaşı Ülvi N
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökumə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman şəhərində 350 000-ci
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında məşhur "Bu şə
Həkim qızlarda və qadınlarda üz tüklərinin əsas səbəbini açıqlayıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
7 dekabr 2025-ci il tarixində, saat 19:00-da Müslüm Maqomayev adına Azərbay
Müğənni Aysun İsmayılova Elgiz Əkbərin verilişinin qonağı olub.
Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı h�
Astroloqların fikrincə, bəzi bürclər təbii auraları, xarizmaları və uğ
Bakının Sabunçu rayonunda yerləşən Zabrat gölü son illərdə sürətlə
İtaliyanın Milan şəhərində təşkil olunan II Biokimya, Biotexnologiya və
Salyan şəhər mərkəzinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
