Böcek ailəsi ilə bağlı kütləvi həbslər davam edir "Otldə kilidli qalıblarmış..."
Digərləri 22 Noy 2025 00:42:00 62 0
İstanbulun Fatih rayonunda Almaniyadan istirahətə gələn Böcek ailəsinin zəhərlənərək həyatını itirməsi ilə bağlı aparılan istintaq çərçivəsində otel sahibi və əməkdaş həbs olunub.
Bu xəbəri də oxu: Bu siqnallar infarkt əlamətidir: Həkimə gedin!
Son.az xəbər verir ki, Almaniyadan İstanbula səfər edən 4 nəfərlik Böcek ailəsi zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılmış, lakin bütün müdaxilələrə baxmayaraq həyatlarını itirmişdilər. Hadisə ilə bağlı İstanbul Cumhuriyyət Baş Prokurorluğunun verdiyi qərarla ümumilikdə 11 nəfər saxlanılıb, onlardan 8-i həbs olunub, 3 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıbı.
İstintaq çərçivəsində ifadə verən otel işçisi hadisə gecəsini belə izah edib:
"22:45 radələrində otele gəldim. Oteldə qusuntu qoxusu var idi. Saat 01:00-də qoxuya görə hava almaq üçün çölə çıxdım. Bir qədər sonra geri qayıtdım. 01:30-da yemək yemək üçün otelin qapısını kilidləyib yaxınlıqdakı kababçıya getdim. Qapını kilidləməkdə məqsədim otelə oğru girməsinin qarşısını almaq idi. Onsuz da giriş qapısında əlaqə nömrəsi və açarların masanın üzərində olduğu yazılıb. Aldığım yeməyi oteldəki qoxuya görə yan həyətdə yedim. Təxminən 15-20 dəqiqə sonra qayıdanda qapı önündə ambulans gördüm. Hadisələrlə heç bir əlaqəm yoxdur, özümü günahkar hesab etmirəm."
İfadədə yer alan məlumatlardan sonra hadisə gecəsinə aid görüntülər də ortaya çıxıb. Kadralarda ailə üzvlərinin oteldə kilidli qaldığı, xüsusilə ata Servet Böcekin kilidli giriş qapısını açmağa çalışdığı, bu anda isə qapı önündə ambulansın gözlədiyi görünür.
İstintaq davam edir. Lalə Qüdrətova Son.az
Rusiya Prezidenti Vladimir Putin öıləsinin ABŞ lideri Donald Trampın Ukrayn
Xəbər verdiyimiz kimi, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş v
Model Razi Əliyeva oğlu Mikayılın 1 yaşını qeyd edib.
Sabiq vəzifəli şəxs həbsxanada dünyasını dəyişib.
"Avroviziya"da uzun müddətdir davam edən İsrail qalmaqalı sona ç
Türkiyədə onlarla insan qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxm
Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərə ev hədiyyə edib.
Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşa
Müğənni Aysun İsmayılova həyatındakı şəxslə bağlı açıqlama verib.
Bəzi istifadəçilər saç baxımında ev üsulları axtararkən şampunun içi
Hamı kimi onlar da bu gün işə getmişdi, evə isə qayıda bilmədilər.
