YAP – Yeni reallıqların formalaşmasında həlledici siyasi aktor
Siyasət 21 Noy 2025 16:05:00 51 0
1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə oldu.
Bu xəbəri də oxu: Tokayev İlham Əliyevə təşəkkür etdi
Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, 1990-cı illərin əvvəlləri Azərbaycan üçün mürəkkəb və təhlükəli bir dövr idi. Dövlət institusiyaları zəifləyir, iqtisadi və hərbi böhran dərinləşir, ölkənin müstəqillik perspektivləri real risk altına düşürdü:
"Belə bir şəraitdə ölkənin məsuliyyətli ziyalıları, tanınmış ictimai-siyasi xadimləri mövcud siyasi proseslərin gedişindən narahat olaraq ölkəni xaosdan çıxara biləcək yeni, intellektual və milli dövlətçilik prinsiplərinə əsaslanan bir siyasi qüvvənin yaradılmasını zəruri hesab etdilər. Bu təşəbbüs Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi oldu və Yeni Azərbaycan Partiyasının yaranması üçün ideoloji-siyasi zəmin formalaşdırdı.1992-ci ilin oktyabrında 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı müraciət yalnız bir qrupun çağırışı deyildi, xalqın geniş təbəqələrinin ümumi istəyinin ifadəsi idi. Onlar Ulu Öndərdən yeni yaranacaq partiyaya rəhbərlik etməyi xahiş edərək dövlətçiliyin xilası üçün məsuliyyətli addım atdılar. Bu müraciət Azərbaycanın siyasi həyatında milli iradənin institusional formaya çevrilməsinin əsas mərhələlərindən biri oldu və dağıdıcı proseslərin qarşısını almaq üçün güclü liderliyin vacibliyini bir daha təsdiqlədi".
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev "91-lər"in müraciətinə cavabında YAP-ın yaranmasını obyektiv tarixi zərurət kimi qiymətləndirdi.
"Bu, təsadüfi bir siyasi qərar deyil, dövrün tələbi idi. Ölkədə demokratiya, siyasi plüralizm və müstəqil dövlət quruculuğu üçün yeni siyasi institut lazım idi. YAP məhz həmin boşluğu dolduraraq milli dövlətçilik konsepsiyasının siyasi dayağına çevrildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı bəyan edildi. Partiyanın təsis konfransının Naxçıvanda keçirilməsi də simvolik əhəmiyyət daşıyırdı həmin vaxt Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR sabitlik adasına çevrilmişdi. 550 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfrans YAP-ın proqram və nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi".
S.Mikayılova əlavə edib ki, bu qərar Azərbaycan siyasətində yeni bir mərhələnin başlanğıcı oldu:
"Milli ideologiyaya əsaslanan güclü, strateji düşüncəyə sahib bir siyasi təşkilat yarandı. Az vaxt ərzində YAP geniş ictimai dayaqlara sahib oldu və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Bunun başlıca səbəbi Heydər Əliyevin şəxsiyyət amili, onun dövlət idarəçiliyində təcrübəsi, həmçinin partiyanın real problemlərin həlli üçün konstruktiv mövqeyi idi. Ulu Öndər Heydər Əliyev YAP-ı xalq partiyasına çevirdi və onu "dünənin, bu günün və gələcəyin partiyası" kimi formalaşdırdı. Partiyanın hakimiyyətə gəlməsindən sonra ölkədə sabitlik bərpa olundu, iqtisadi islahatlara start verildi, dövlət idarəçiliyində sistemli, institusional yanaşma formalaşdı. YAP-ın son 30 ildə dövlət quruculuğundakı rolu Azərbaycanın müasir tarixinin əsas sütunlarından biridir. Partiyanın genişlənməsi və xalq tərəfindən dəstəklənməsi onun ümumxalq partiyasına çevrildiyini nümayiş etdirir".
Deputat qeyd edib ki, 2005-ci ildə III qurultayda Prezident İlham Əliyevin partiya sədri seçilməsi varislik prinsipinin siyasi institutlar səviyyəsində möhkəmləndirilməsi demək idi:
"Ulu Öndərin siyasi xətti müasir inkişaf tələblərinə uyğun şəkildə davam etdirildi və Azərbaycan regional və qlobal müstəvidə daha da gücləndi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərin tarixi uğurları YAP-ın siyasi strategiyasının düzgünlüyünü təsdiq edir. YAP-ın təşəbbüsü ilə ölkədə siyasi dialoq mühiti formalaşdı. Bu proses demokratik siyasi mədəniyyətin inkişafı, iqtidar-müxalifət münasibətlərinin konstruktiv modelə çevrilməsi və milli həmrəyliyin güclənməsi baxımından yeni mərhələ açdı. 2021-ci ildə qəbul edilmiş YAP-ın yeni Proqramı partiyanın müasir çağırışlara uyğun fəaliyyət konsepsiyasını müəyyənləşdirir. Proqramda 10 strateji siyasi dəyər, partiyadaxili münasibətləri xarakterizə edən prinsiplər və 11 strateji hədəf əks olunub. Bu, partiyanın ideoloji-idarəetmə modelinin intellektual və institusional şəkildə yenilənməsini göstərir".
S.Mikayılova qeyd edib ki, Azərbaycan beynəlxalq siyasətdə praqmatik, balanslı və güc amilinə əsaslanan siyasət yürüdür. YAP hakim partiya olaraq bu konsepsiyanın siyasi dayağı kimi çıxış edir.
"Seçki nəticələri YAP-a və onun liderliyinə yüksək xalq etimadını təsdiq edir. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətçiliyinin xilası və möhkəmləndirilməsi üçün tarixi zərurət idi. YAP bu illərdə siyasi sabitliyin təmin olunmasında, sosial-iqtisadi inkişafda, beynəlxalq mövqelərin gücləndirilməsində və yeni reallıqların formalaşdırılmasında mühüm rol oynayıb.Bu gün YAP təkcə siyasi təşkilat deyil, Azərbaycan dövlətçiliyinin ideoloji dayağı, milli birliyin fəal təşviqedicisi və ölkənin gələcək inkişaf strategiyasının başlıca aparıcı qüvvəsidir".
ABŞ-nin Ukraynadaki münaqişənin tənzimlənməsi ilə bağlı hazırladığ
"Ofisiantlar metal konstruksiyalı mexanizmi hotelin arxa tərəfindəki ti
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları növbəti ə
Azərbaycanda meyxanaçı əxlaqsızlığı təbliğ edir.
Hindistanın Tejas qırıcısı Dubayda nümayiş zamanı qəzaya uğrayıb.
Avropa artıq yeni bir mərhələyə qədəm qoyub: burada müharibə istisna yo
Bakıda hotelin 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəya
Qazaxıstan Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini alqı�
Bu vaxta qədər sülh quşu obrazını yaradan Avropa bugün ağzına su alıb
Antalyada ukraynalı turistə qarşı törədilən ağır cinayət işi üzrə m
Bu gün Bakının Binəqədi rayonunda 4 ofisiantın öldüyü hadisə ilə bağ
"Caspian International Hospital" əvvəllər orada çalışan tanınm�
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Ermənistana tanzit yükdaşıma
ETX ölkə üzrə kibertəhlükəsizlik barədə xəbərdarlıq edib.
