Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb? özü açıqladı
Digərləri 20 Noy 2025 22:31:00 60 0
Bakıda fəaliyyət göstərən "Caspian International" Hospitalda çalışan və sonradan işdən ayrılan həkim Aytən Səfərovanın əməkhaqqı kartından 11 min manat vəsait çıxarılıb.
Bu xəbəri də oxu: 2026cı ildə cibləri pulla dolacaq bürclər!
Son.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, xəstəxananın vəzifəli şəxsləri mama-ginekoloq Aytən Səfərovanın xəbərsiz şəkildə bank kartını bloklatdıraraq yenisini sifariş ediblər.
Bildirilib ki, sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı vəsait çıxarılaraq mənimsənilib.
Həkim baş verənləri təsdiqləyib. O bildirib ki, proses bu ilin yanvarında baş verib və məsələ ilə bağlı hüquqi addımlar atır: "Mən, əslində, bu səhər sosial mediada bunun artıq yayıldığını gördüm. Böyük ehtimalla, xəstəxana öz-özünün düşməninə çevrilib. Bunu yayan da elə xəstəxananın özüdür. Mənim maaş kartımı "Caspian Hospital" dəyişdirərək bir gün ərzində yeni kart açıb və köhnə kartım hələ də məndə olduğu halda, içindəki vəsait yeni karta köçürülüb. Daha sonra isə həmin yeni kartdan "Caspian Hospital"ın öz bankomatından hər gün 1000 manat olmaqla ümumilikdə 11 min manat çıxarılıb".
Həkim iddia edir ki, kartındakı vəsaiti nağdlaşdırmaq istəyəndə vəsaitin mənimsənildiyindən xəbər tutub:
"Rəsmi maaş kartımdır. Yəni illərdir öz adıma işlətdiyim kartdır. Mən xəstəxanadan ayrıldıqdan bir ay sonra bu oğurluq baş verib. Xəstəxananın bu kartı dəyişdirmək hüququ yox idi. Üstəlik, mən artıq dekabrın 12-dən başqa xəstəxanada rəsmi şəkildə çalışırdım və "Caspian Hospital"la bütün əlaqəm tamamilə kəsilmişdi. İddia edilən hadisə isə yanvar ayında baş verib. Bankdan alınmış bütün rəsmi çıxarışlar var. Əlbəttə ki, aidiyyəti qurumlar bu məsələ ilə məşğuldurlar. Bütün bunlardan mənim xəbərim yalnız kartımı işlədib pul çıxarmaq istəyəndə oldu".
Qeyd edək ki, "Caspian International" Hospitalın adının çəkilməsini istəməyən rəsmi nümayəndəsi hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Qeyd olunub ki, məsələ hazırda məhkəmə müstəvisindədir.
Daha ətraflı videomaterialda:
Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbinin direktoru İlah�
Əməkdar artist Mətanət İsgəndərli Səma və Səbinə bacılarının onun
Günlük həyatın yorucu ritmi, texnologiyanın həddindən artıq istifadəsi
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən rəsmi olaraq diplomati
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ç
Sosial Xidmətlər Agentliyi "Təmiz Dünya" Qadınlara Yardım İB-d�
Ford şirkəti 27 ildən sonra rəsmi olaraq Focus avtomobilinin istehsalını d
Çoxları mətbəxdə istifadə etdiyi silikon şirniyyat bişirmə formaların
Xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova "Xəbərshow&q
"3+3" regional əməkdaşlıq platforması çərçivəsində növbəti
Bakının Sabunçu rayonunda şəhid məzarlarından oğurluq edən şəxslər s
Genetik xəstəlik qan xolesterini xeyli artırır.
Xalq artisti Aygün Kazımovanın illər ərzində dəyişimi göz qamaşdırıb
Sosial şəbəkələrdə sabiq millət vəkili, hazırda müxalifət cəbhəsind
