Azərbaycanda bu universitet ləğv edilir?
Digərləri 19 Noy 2025 21:15:00 60 0
Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı struktur dəyişikliyi müzakirə olunur. Müzakirələr fonunda Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı barədə xəbərlər yayılıb.
Bu xəbəri də oxu: Özgüvənli insanlar bu rəngləri seçir
Son.az bildirir ki, modern.az-ın məlumatına görə, ali təhsil ocağının ləğv ediləcəyi və Naxçıvan Dövlət Universitetinin tərkibinə veriləcəyi iddia edilir.
İnstitutda fəaliyyət göstərən müəllim və tələbələrin də Naxçıvan Dövlət Universitetinə köçürüləcəyi qeyd olunur.
Müzakirələrdə əsas arqument kimi Naxçıvanda təhsil infrastrukturunun optimallaşdırılması göstərilir. Qeyd edək ki, hazırda Naxçıvan Müəllimlər İnstitutunda 1200-ə yaxın tələbə var.
Bildirilir ki, Muxtar Respublikada fəaliyyət göstərən iki ali təhsil müəssisəsinin eyni profilli kadr hazırlaması resursların bölünməsinə səbəb olur. Buna görə də ali təhsil müəssisələrinin birləşdirilməsi ən optimal variant kimi qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü ildə ali təhsil ocağı müstəqil instituta çevrilib.
Universitetə ötən ilədək Azad Novruzov rəhbərlik edib. Onun Ali Məclisə deputat seçilməsindən sonra yerinə təyinat olmayıb. Universitetin 1 ildən artıqdır rektorsuz fəaliyyət göstərməsi onun ləğv ediləcəyi barədə iddiaları daha da gücləndirib.
Xatırladaq ki, Naxçıvanda ötən il daha bir universitet bağlanıb. Belə ki, 2024-cü il sentyabrın 3-də özəl universitet ləğv olunduğunu elan edib.
Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri şəhərdə məsci
"Finnair" aviaşirkətinin Banqkok-Helsinki marşrutu üzrə uçuşunu
Xəbər verdiyimiz kimi,dələduzluq ittihamı ilə həbs edilən müğənni Rə
Xəbər verdiyimiz kimi, məşhur müğənni Rəqsanə İsmayılova bu gün Sabu
"Əsəbi adamam, özümü cəmləşdirə bilmirəm. Nəsə deyib, sonra pe�
Vitamin D çatışmazlığı artıq çəkiyə səbəb ola bilər.
Bakının ritmi var, amma o ritm hər gün pik saatlarda itir. Azadlıq prospekt
Xəbər verdiyimiz kimi ,h əbsdə olan müğənni Rəqsanə İsmayılova ev dus
Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
Sumqayıtda yaşayış evində yanğın baş verib.
Kant adına Baltik Federal Universitetinin alimləri tələbələr arasında yaz
Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qu
Müğənni Şəbnəm Tovuzlu canlı efirə xanım cangüdənlərlə qatılıb.
Tanınmış xanəndə və idmançı Pərviz Qasımov fərqli ifa tərzi ilə mar
