Keçmiş əri Colinin qanı olan şüşə qabı buna görə özü ilə gəzdirdirir
Şou-biznes 19 Noy 2025 10:13:00 45 0
Aktyor Billi Bob Tornton keçmiş həyat yoldaşı Ancelina Colinin qanını daşıdığı şüşə qab barədə uzun illərdir davam edən suallara aydınlıq gətirib. Aktyor boşanmalarından 20 ildən artıq vaxt keçsə də, həmin detalın niyə gündəmdə qaldığını "Rolling Stone" nəşrinə açıqlamasında izah edib.
Bu xəbəri də oxu: Bir zamanların məşhur aktyoruna şizofreniya diaqnozu qoyuldu
Son.az xarici mətbuata istinadən xəbər verir ki, Tornton həmin addımı sırf romantik niyyətlə atdığını bildirib. Onun sözlərinə görə, mətbuat bu jesti qalmaqal kimi təqdim etməklə vəziyyəti olduqca şişirdib.
"Bu, sadəcə romantik bir fikir idi. Amma ayrıldıqdan sonra bizi sanki yer altında yaşayan, bir-birinin qanını içən vampirlər kimi göstərirdilər", - deyə aktyor zarafatla bildirib.
70 yaşlı sənətçi həmçinin Ancelina Coli ilə münasibətlərinin bu gün də yaxşı olduğunu və birlikdə keçirdikləri illəri həyatının ən gözəl dövrlərindən biri adlandırdığını qeyd edib.
"Biz hələ də çox yaxın dostuq. Evliliyimiz çox sivil şəkildə başa çatdı. Sadəcə fərqli həyat tərzlərinə sahib idik", - deyə Tornton əlavə edib.
Xatırladaq ki, Tornton və Coli 1999-cu ildə film çəkilişləri zamanı tanış olub, 2000-ci ildə ailə qurublar. Cütlük 2002-ci ildə Meddoks adlı uşağı övladlığa götürdüklərini açıqlayıb və cəmi üç ay sonra münasibətlərinə son veriblər.
Musa Son.az
"Caspian International" Hospitalın bir qrup vəzifəli şəxsi həkim
Türkiyənin Bursa şəhərində midye yedikdən sonra halı pisləşən 4 gənc
Bu gün səhər saatlarında Nəsimi rayonu, Moskva prospektində baş verən q�
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman zarafa
Valideynlərə uşaqlar üçün su qabı alarkən xüsusilə materialın təhlü
Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planların
Gəncə şəhərində fəaliyyət göstərən özəl uşaq bağçalarında nəza
2026-cı ildən əmək pensiyalarında 10%-ə yaxın artım gözlənilir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İlham Dadaşovun ana
Bu gün Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişin
Evində enerji sərfiyyatını azaltmaq istəyən bir çox insan istifadə etmə
Pişiklər hər insana asanlıqla etibar etməsə də, bəzi şəxslərin yanın
Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı açıqlama verib.
Son illərdə prostat vəzi xərçəngi diaqnozu qoyulan kişilərin sayı artı
