Duz, alkoloq, qəhvəni eyni vaxtda qəbul etmək olmaz Damarlar dözməyəcək
Digərləri 18 Noy 2025 02:02:00 48 0
Alkoqol əvvəlcə damarları genişləndirir, sonra isə daraldır. Bu dəyişikliklər qan təzyiqini birdən-birə yüksəldə bilər.
Bu xəbəri də oxu: 14 yaşlı oğlan dəm qazından boğularaq öldü
Son.az xəbər verir ki, bunu kardioloq Valeriya Bonadıykova deyib. O bildirib ki, spirtli içkilər gözlənilmədən təzyiqin kəskin qalxmasına səbəb ola bilər.
"Xüsusilə də üç porsiyadan artıq spirtli içki qəbul edildikdə bu risk artır. Təzyiq bir neçə saat sonra da qalxa bilər. Susuzluq isə vəziyyəti daha da ağırlaşdırır".
Həkim həmçinin duzu da təhlükəli hesab edir. Duzun tərkibindəki natrium bədəndə suyu saxlayır. Bu hal qanın həcmini artırır və damarların yükünü çoxaldır, nəticədə təzyiq qalxa bilir. Həkim xatırladır ki, duz təkcə adi duz qabında yox, ketçup, soya sousu, kolbasa, pendir, konservlər, çips, kraker, popkorn və ağ çörək kimi məhsullarda da gizli şəkildə olur. Çips və digər qəlyanaltılarda duz, yağ və şəkər birlikdə olduğuna görə həm təzyiqin qalxması, həm də hipertoniya, piylənmə və maddələr mübadiləsi pozuntusu riski artır.
Enerji içkiləri və çox tünd dəmlənmiş qəhvə də təzyiqi kəskin qaldıra bilər. Onlar sinir sistemini gücləndirir və damarları daraldır. Həkim bildirir ki, qəhvəni duzlu yeməklərlə birlikdə qəbul etmək xüsusilə təhlükəlidir, çünki damarlar üçün zərər ikiqat artır.
İsmayıl Son.az
Kardioloq ürəyin sağlam qalmasına kömək edən qidaları açıqlayıb.
Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin "qara qutu
Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ olub.
Təcili yardım stansiyasının müdirinin işçilərdən rüşvət aldığı id
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y
Moskvadakı Troekurovskoye qəbiristanlığında Rusiya Təhlükəsizlik Şuras�
Yaponiyada əsrlərdir davam edən maraqlı bir ənənəyə görə yatmazdan əv
Gürcüstan ABŞ ilə münasibətlərdə strateji dözüm rejimindədir.
Müğənni Səidə Sultan həmkarı Niyam Salami ilə küsmələrindən danış�
Elmi dairələrdə uzun müddət xəyal kimi görünən bir fikir gerçəyə çe
Son.az 18 noyabr üçün günün ulduz falını təqdim edir:
Aparıcı Mətanət Əliverdiyevanın "Xəzər axşamı" proqramında
Xalq artisti Flora Kərimovanın nəvəsi Loren ilk dəfə efirə çıxıb.
Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tut
Türkiyədə qaldıqları oteldə qida qəbul etdikdən sonra səhhətləri pisl
