“Neft bumu hamıya gülümsəyir” festivalının açılışı olub


Kriminal 17 Noy 2025 22:34:00 77 0

“Neft bumu hamıya gülümsəyir” festivalının açılışı olub

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mərkəzin direktoru Anna İbrahimbəyova layihəni dəstəkləyən və onun hazırlanmasında iştirak edən hər kəsə minnətdarlığını bildirib. Kurator Nigar Rzayeva qeyd edib ki, festival teatr, ədəbiyyat, kino, təsviri incəsənət və müasir düşüncəni bir araya gətirir, keçmişlə indiki zaman arasında canlı mədəni dialoq yaradır.

N.Rzayeva vurğulayıb ki, Maqsud İbrahimbəyovun eyniadlı pyesi əsasında yaradılan festival insanın böyük bir irəliləyişin astanasında dayandığı anı təsvir edir.

"Baş qəhrəman çaşqınlıq hiss edir. Bu yeni mərhələnin onu hara aparacağını bilmir. Bu gün biz də öz texnoloji, sürətli və həyəcanlı "bum"umuzda yaşayırıq. Dövrlər dəyişir, amma insanın daxili dünyası və əsas dəyərləri dəyişməz olaraq qalır", - deyə N.Rzayeva qeyd edib.

Festival müəllifin yaradıcı irsindən ilhamlanan çoxjanrlı bir məkan yaradır və onun əsərlərinin bədii potensialını yenidən kəşf edir. 1960-cı illərdə yazılmış "Neft bumu hamıya gülümsəyir" pyesi seçim, məsuliyyət və taleyin universal mövzularını XXI əsrdə də aktuallığını qoruyan suallar kimi ortaya çıxarır.

Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Firdovsi Atakişiyevin Maqsud İbrahimbəyovun "Timka ilə neftimiz" hekayəsinin hissə-hissə oxunuşu ilə davam edib.

Mərasimin sonunda tanınmış rusiyalı jurnalist Mixail Qusman dostu Maqsud İbrahimbəyov haqqında səmimi xatirələrini bölüşüb. O, Maqsudla tanış olmaq və ünsiyyət qurmaq fürsətinin "taleyin bir hədiyyəsi" və çox dəyərli bir həyat təcrübəsi olduğunu vurğulayıb.

M.Qusman qeyd edib ki, o, İbrahimbəyovu təkcə görkəmli yazıçı və dramaturq kimi deyil, həm də olduqca gənc və enerjili bir insan kimi xatırlayır.

Onun fikrincə, Maqsud İbrahimbəyov əbədi olaraq Azərbaycanın ən dəyərli oğullarından biri - ölkəsini və xalqını sonsuz sevən, doğma torpağına bütün varlığı ilə sadiq bir şəxsiyyət olaraq qalacaq.

Qeyd edək ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin fəaliyyəti yazıçının irsinin qorunması və yeni mədəni təşəbbüslərin dəstəklənməsinə yönəldilib. Festival bu missiyanı keçmişi və bu günü birləşdirərək, nəsillər arasında dialoq məkanını genişləndirərək və bu gün də əhəmiyyətini itirməyən müəllifin ideyalarına diqqəti qaytararaq davam etdirir. Son.az 

Moskvada azərbaycanlı kafedə yanaraq öldü like
  • 17 Noy 22:23  
Digərləri Moskvada azərbaycanlı kafedə yanaraq öldü

Ötən gün Rusiyanın paytaxtı Moskvada kafelərdən birində yanğın baş ve

arrow Ətraflı
Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... like
  • 17 Noy 22:18  
Digərləri Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr...

2014-cü ildə ailə quran, lakin övladları olmadığı üçün sonda surroqat

arrow Ətraflı
MNin vəzifəli şəxsi həyat yoldaşını azyaşlı uşaqları ilə birgə evdən qovub?  İDDİA like
  • 17 Noy 21:40  
Digərləri MNin vəzifəli şəxsi həyat yoldaşını azyaşlı uşaqları ilə birgə evdən qovub? İDDİA

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin vəzifəli şəxsi Eduard Hacıyev

arrow Ətraflı
Faciəvi şəkildə ölən Familin like
  • 17 Noy 21:34  
Digərləri Faciəvi şəkildə ölən Familin

Noyabrın 9-da Şəkidə qəzaya düşən sürücü xəstəxanada ölüb.

arrow Ətraflı
"Camaatı özünüzə güldürürsünüz" like
  • 17 Noy 21:25  
Şou-biznes "Camaatı özünüzə güldürürsünüz"

Əməkdar artist Vasif Məhərrəmli sərt açıqlması ilə diqqət çəkib. 

arrow Ətraflı
Elektrikli maşınlar niyə anidən alışır? like
  • 17 Noy 21:00  
Digərləri Elektrikli maşınlar niyə anidən alışır?

İzmirdə lüks elektrikli avtomobil anidən alışıb. Qapılar enerji itkisi n

arrow Ətraflı
Tanınmış xanəndəni bətnində uşaq olaola boşadılar like
  • 17 Noy 20:46  
Şou-biznes Tanınmış xanəndəni bətnində uşaq olaola boşadılar

Son vaxtlar duetləri ilə diqqət çəkən müğənni Gülnar Zeynalova şəxsi

arrow Ətraflı
Ərdoğan Azərbaycanın təyyarə faciəsində göstərdiyi dəstəkdən danışdı like
  • 17 Noy 20:34  
Digərləri Ərdoğan Azərbaycanın təyyarə faciəsində göstərdiyi dəstəkdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən faciə ilə bağlı a�

arrow Ətraflı
Bakıda "Euronews"un yerli ofisi açılıb like
  • 17 Noy 20:20  
Digərləri Bakıda "Euronews"un yerli ofisi açılıb

Azərbaycanda beynəlxalq əməkdaşlıq üçün böyük imkanlar mövcuddur

arrow Ətraflı
Nazir və nümayəndə heyətini daşıyan təyyarə alışdı like
  • 17 Noy 20:08  
Dünya Nazir və nümayəndə heyətini daşıyan təyyarə alışdı

Konqo Demokratik Respublikasında baş verən mədən faciəsini araşdırmaq ü

arrow Ətraflı
Türk gəmisi dronla vuruldu  16 nəfər təxliyə edildi like
  • 17 Noy 20:01  
Digərləri Türk gəmisi dronla vuruldu 16 nəfər təxliyə edildi

Türkiyəyə məxsus, təxminən 4 min ton maye qaz (LPG) daşıyan "Orind

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 17 Noy 19:58  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Nərimanov, Binəqədi və Sabunçu rayonlarında qaz xətlərinin yerinin dəyi

arrow Ətraflı
Karapetyanın həbs müddəti uzadıldı like
  • 17 Noy 19:57  
Digərləri Karapetyanın həbs müddəti uzadıldı

Ermənistan Antikorrupsiya Məhkəməsi bu gün keçirilən iclasda erməniəsil

arrow Ətraflı
Yalçın Rəfiyev COP30da Azərbaycanın milli bəyanatını təqdim edib like
  • 17 Noy 19:47  
Siyasət Yalçın Rəfiyev COP30da Azərbaycanın milli bəyanatını təqdim edib

COP29-un Baş Danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Y

arrow Ətraflı