70 kq qızılla saxlanılan polkovnikleytenantla bağlı xəbər var


Digərləri 17 Noy 2025 18:56:00 84 0

70 kq qızılla saxlanılan polkovnikleytenantla bağlı xəbər var

İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin baş köməkçisi olmuş Qəhraman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Son.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilib.

Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 28 noyabra təyin olunub.

Qeyd edək ki, DTX-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar DTX-də başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir. Araşdırmalar zamanı, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət etmiş polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlunun digər Azərbaycan Respublikasının vətəndaşı və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında BƏƏ-dən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində ABŞ-dan Türkiyəyə gəlib, həmin gün əlbir olduğu digər şəxs tərəfindən BƏƏ-dən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri qabaqcadan əlbir olduğu həmin şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.391.970,08 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb. Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib. Qəhraman Məmmədov DTX-də davam edən cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. (APA)

14 yaşlı oğlan dəm qazından boğularaq öldü like
  • 17 Noy 18:53  
Digərləri 14 yaşlı oğlan dəm qazından boğularaq öldü

Şamaxıda 14 yaşlı məktəbli dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Ramiz Mehdiyevin gəlininin yerinə yeni TƏYİNAT like
  • 17 Noy 18:46  
Digərləri Ramiz Mehdiyevin gəlininin yerinə yeni TƏYİNAT

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı o

arrow Ətraflı
Tanınmış xanəndə özünə 257 000 AZNlik avtomobil sifariş edib like
  • 17 Noy 18:42  
Şou-biznes Tanınmış xanəndə özünə 257 000 AZNlik avtomobil sifariş edib

Xanəndə Pərviz Qasımov özünə yeni və lüks avtombil alır.

arrow Ətraflı
Əməkdar artistlə bağlı acı xəbər like
  • 17 Noy 18:13  
Kriminal Əməkdar artistlə bağlı acı xəbər

"Atamın beyninə gedən qan damarları sıxılıb deyə beyinə qan sızı

arrow Ətraflı
Bakı Beynəlxalq İncəsənət Festivalının möhtəşəm yekun konserti baş tutub  FOTO like
  • 17 Noy 18:11  
Kriminal Bakı Beynəlxalq İncəsənət Festivalının möhtəşəm yekun konserti baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Ölkədən qaçan baş nazir edam cəzasına məhkum edildi like
  • 17 Noy 17:53  
Dünya Ölkədən qaçan baş nazir edam cəzasına məhkum edildi

Banqladeşin keçmiş baş naziri Şeyx Hasina və daxili işlər naziri Əsədu

arrow Ətraflı
“Bir dəfə Mahnı Teatrında”  Kino Musiqisinə həsr olunmuş möhtəşəm gecə like
  • 17 Noy 17:48  
Kriminal “Bir dəfə Mahnı Teatrında” Kino Musiqisinə həsr olunmuş möhtəşəm gecə

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Bir dəfə

arrow Ətraflı
"Yaxşı edib xəyanət etmişəm, yenə də EDƏRƏM" like
  • 17 Noy 17:28  
Şou-biznes "Yaxşı edib xəyanət etmişəm, yenə də EDƏRƏM"

Müğənni Nüşabə Musayeva yenidən xəyanət mövzusuna toxunaraq diqqətç�

arrow Ətraflı
Prezident "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiq etdi like
  • 17 Noy 17:18  
Siyasət Prezident "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiq etdi

"Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi" t

arrow Ətraflı
Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi like
  • 17 Noy 17:17  
Siyasət Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi

arrow Ətraflı
Bakıda avtomobildən kişi meyiti tapıldı like
  • 17 Noy 17:17  
Digərləri Bakıda avtomobildən kişi meyiti tapıldı

Bakıda avtomobildən kişi meyiti tapılıb.

arrow Ətraflı
Narkotikdən əziyyət çəkən ananın 1 yaşlı övladı ilə görüşü KÖVRƏLTDİ like
  • 17 Noy 17:13  
Digərləri Narkotikdən əziyyət çəkən ananın 1 yaşlı övladı ilə görüşü KÖVRƏLTDİ

Sosial şəbəkələrdə narkotik asılılığından əziyyət çəkən bir anan

arrow Ətraflı
"Əməkdar mühəndis"ə yeni vəzifə verildi like
  • 17 Noy 17:08  
Digərləri "Əməkdar mühəndis"ə yeni vəzifə verildi

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (ADY) H

arrow Ətraflı
"Oğlumun İspaniyada 300 minlik evi VAR" like
  • 17 Noy 16:48  
Şou-biznes "Oğlumun İspaniyada 300 minlik evi VAR"

Müğənni Elit Star Cəmilənin açıqlaması marağa səbəb olub.

arrow Ətraflı