Silk Way West Airlines və Azərpoçt poçt və eticarət logistikasını gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalayıb


Digərləri 17 Noy 2025 12:25:00 74 0

Silk Way West Airlines və Azərpoçt poçt və eticarət logistikasını gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalayıb

Silk Way Group şirkətlər qrupunun baş ofisində regionun aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan Silk Way West Airlines və Azərbaycanın milli poçt operatoru "Azərpoçt" MMC arasında poçt logistikası, hava nəqliyyatı və elektron ticarət daşımaları sahələrində tərəfdaşlığı gücləndirmək məqsədilə əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.

Bu xəbəri də oxu: Sabah Bakıda yağış yağacaq

Razılaşma beynəlxalq və daxili yükdaşımalar, poçtun çeşidlənməsi, anbar xidmətləri və logistikanın optimallaşdırılması kimi istiqamətlərdə strateji əməkdaşlıq çərçivəsini müəyyən edir. Hər iki tərəf təcrübə və infrastruktur imkanlarını birləşdirərək, poçt və yük axınlarının səmərəliliyini həm Azərbaycan daxilində, həm də beynəlxalq miqyasda artırmağı hədəfləyir. 

Memoranduma əsasən, Azərpoçt beynəlxalq poçt və elektron ticarət bağlamalarının Bakıya və digər istiqamətlərə daşınması üçün Silk Way West Airlines şirkətinin qlobal uçuş şəbəkəsindən istifadə edəcək. Nəticədə Silk Way West Airlines  daşımaların həcmini artırmaq imkanı əldə edəcək, Azərpoçt isə ölkə daxilində çeşidləmə, emal və son ünvana çatdırılma xidmətlərini həyata keçirəcək.

Eyni zamanda, bu əməkdaşlıq hər iki tərəfin birgə logistika həlləri və müasir paylama modellərinin tətbiq etməyi planlaşdırdıqları Ələt Azad İqtisadi Zonasında yeni imkanlar yaradacaq. İlkin mərhələ çərçivəsində bütün poçt və e-ticarət bağlamalarının emalı üçün 12.000 kvadratmetr sahəsi olan tam avtomatlaşdırılmış e-ticarət terminalının yaradılması nəzərdə tutulur ki, bu da regional miqyaslı logistika əməliyyatlarının əsasını formalaşdıracaq. 

Silk Way West Airlines şirkətinin vitse-prezidenti Vüqar Məmmədov qeyd edib: "Bu əməkdaşlıq Azərbaycanın poçt və logistika infrastrukturunun inkişafında mühüm mərhələdir. Azərpoçt ilə birləşərək biz e-ticarət logistikasında imkanlarımızı daha da genişləndirməyi və Ələt Azad İqtisadi Zonasının regional və qlobal yük axınları üçün əsas mərkəzə çevrilməsinə töhfə verməyi hədəfləyirik".

"Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib: "Silk Way West Airlines ilə əməkdaşlığımız beynəlxalq poçt əməliyyatlarının səmərəliliyini və sürətini əhəmiyyətli dərəcədə artıracaq, müştərilərimizə həm ölkə daxilində, həm də xaricdə daha çevik və etibarlı çatdırılma xidmətləri təqdim etməyə imkan verəcək. Gələcəkdə Silk Way West Airlines və Azərpoçt rəqəmsal, əməliyyat və infrastruktur layihələri vasitəsilə əməkdaşlığı daha da dərinləşdirməyi, Azərbaycanın Şərqlə Qərbi birləşdirən mərkəzi logistika qovşağına çevrilməsi məqsədini dəstəkləməyi planlaşdırır". 

Silk Way West Airlines haqqında

Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir?  AÇIQLAMA  FOTO like
  • 17 Noy 12:19  
Digərləri Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir? AÇIQLAMA FOTO

Azərbaycanda son günlər ərzində sosial şəbəkələrdə "9990" v

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 17 Noy 12:13  
Digərləri Sabah Bakıda yağış yağacaq

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Nanə susqunluğunu pozdu: 3 ay sonra... like
  • 17 Noy 12:00  
Şou-biznes Nanə susqunluğunu pozdu: 3 ay sonra...

Tele-aparıcı Nanə Ağamalıyeva uzun müddət sonra sosial şəbəkə hesabı

arrow Ətraflı
Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib  FOTO like
  • 17 Noy 11:25  
Digərləri Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib FOTO

Noyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda

arrow Ətraflı
"Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur" like
  • 17 Noy 10:53  
Siyasət "Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur"

Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə re

arrow Ətraflı
DSX əməkdaşı buna görə ölübmüş  DETALLAR like
  • 17 Noy 10:45  
Digərləri DSX əməkdaşı buna görə ölübmüş DETALLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Məmmədzadənin ölü

arrow Ətraflı
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb like
  • 17 Noy 10:40  
Siyasət Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Üm

arrow Ətraflı
Pirəkəşkül və Ağdərədə partlayış səsləri eşidiləcək  TƏŞVİŞƏ DÜŞMIYİN like
  • 17 Noy 10:35  
Digərləri Pirəkəşkül və Ağdərədə partlayış səsləri eşidiləcək TƏŞVİŞƏ DÜŞMIYİN

17-21 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə

arrow Ətraflı
Axi̇l qalxanı Tayfun raketlərinə qarşı: görünməz müharibədə kim üstün gələcək? like
  • 17 Noy 10:22  
Siyasət Axi̇l qalxanı Tayfun raketlərinə qarşı: görünməz müharibədə kim üstün gələcək?

Beynəlxalq münasibətlər tarixində elə anlar olur ki, bir-birindən ayrı g

arrow Ətraflı
Maşın alverçilərinə bəd xəbər  Qaydalar dəyişdi like
  • 17 Noy 10:12  
Digərləri Maşın alverçilərinə bəd xəbər Qaydalar dəyişdi

Gələn ildən bütün maşınların qiymətində artım olacaq. Bahalaşma yanv

arrow Ətraflı
Yazıçı Anar yayılan görüntülərdən danışdı  "Xatırlamıram..." like
  • 17 Noy 10:06  
Digərləri Yazıçı Anar yayılan görüntülərdən danışdı "Xatırlamıram..."

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar R

arrow Ətraflı