Naxçıvanda tələbələrin narazılığı ilə bağlı AÇIQLAMA
Digərləri 13 Noy 2025 17:51:00 61 0
Bir müddətdir Naxçıvan Dövlət Universitetinin həyətinə avtomobillə girişə qadağa qoyulması tələbələr arasında narazılığa səbəb olub.
Bu xəbəri də oxu: Hava kəskin dəyişir: leysan, şimşək
Son.az xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan" səhifəsi məlumat yayıb. İddia olunur ki, artıq bir neçə gündür ərazidə yalnız müəllimlərin və xüsusi statusa malik bəzi tələbələrin keçidinə icazə verilir.
Tələbə Cavad Rəcəbovun sözlərinə görə, avtomobilləri yol kənarında saxladıqları üçün cərimələnirlər: "Şlaqbaumlar qoyulandan universitet ərazisinə daxil ola bilmirik, heç parklama yerindən kənarda olan boş ərazilərə də qoymurlar. Yalnız müəllimlər, türkiyəli tələbələr və bəzi tapşırılmış azərbaycanlı tələbələr buraxılır. Buna görə özümüzü ayrı-seçkiliyə məruz qalmış hesab edirik. Bizim maşınımız dayansa, mühafizə dərhal gəlib çıxarmağımızı tələb edir, kobud davranır. Biz də məcbur qalıb kənar ərazilərdə avtomobili saxlamaq üçün yer axtarırıq. Nəticədə vaxt itkisi olur, dərsə yubanırıq. Çox zaman qayıdıb görürük ki, ya cərimə yazılıb, ya da avtomobillərimiz əzilib. Amma müəyyən tələbələrə göz yumulur".
Digər tələbələr də onlara bərabərlik prinsipləri çərçivəsində şərait yaradılmasını tələb ediblər.
Qafqazinfo.az problemlə bağlı Naxçıvan Dövlət Universitetinə müraciət edib. Ali məktəbin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən qadağa bütün şəxslərə şamil olunur: "Nəqliyyat vasitələrinin universitet ərazisinə girişinə tətbiq edilən məhdudiyyət tələbələrin və əməkdaşların təhlükəsizliyinin təmin olunması, həmçinin universitet şəhərciyində nəqliyyat axınının tənzimlənməsi məqsədilə həyata keçirilir. Bu qərar yeni deyil və uzun müddətdir qüvvədə olan daxili təhlükəsizlik qaydalarının tərkib hissəsidir. Qadağa yalnız tələbələrə deyil, bütün şəxslərə, o cümlədən, müəllim və inzibati heyətə də şamil olunur. Universitet həyətində parklanma yalnız xüsusi ayrılmış parklanma yerlərində mümkündür. Bu qaydalar həm də piyada hərəkətinin rahatlığı məqsədini daşıyır.
Yayılan iddialarda qeyd olunduğu kimi heç bir ayrı-seçkilik və istisna hallar mövcud deyil. Türkiyəli və ya digər ölkələrdən olan tələbələr də daxil olmaqla bütün tələbələrə eyni qaydalar tətbiq olunur. Universitet rəhbərliyi tərəfindən heç kimə xüsusi imtiyaz tanınmır.
Naxçıvan Dövlət Universiteti ictimaiyyəti əmin edir ki, qəbul edilən bütün qərarlar təhlükəsizlik, intizam və idarəetmə qaydalarına əsaslanır və universitet ailəsinin hər bir üzvünün maraqlarını qorumağa yönəlib".
Müğənni Fədayə Laçın görünüşündə etdiyi radikal dəyişikliklə sos
Növbəti regional görüş Gəncə şəhərində yerləşən Heydər Əliyev M�
Sabah Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə
Bəzi bürclər üçün pul sadəcə bir vasitə deyil, təhlükəsizlik və rah
Beynəlxalq Muğam Mərkəzində növbəti "Muğamat axşamı" konsert
Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Valideynlərinin ona bənzəmədiyini iddia edən gənc Xoşqədəm Baxşəliyev
Qaxın yeni icra başçısı kollektivə təqdim olunub.
Meyxanaçı və müğənni Namiq Qaracuxurlu uzun fasilədən sonra məclislərd
Türkiyəli məşhur müğənni Işın Karaca səhnədə yıxılaraq ayağından
Dünyaca məşhur "Balenciaga" brendinin yeni məhsulu sosial şəbək
Müğənni Vəfa Şərifova bacısına 30 min manat dəyərində cip avtomobil h
İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var.
Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda
İstilik enerjisinə görə heç ödəniş etməyən vətəndaşların yığıla
