KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir FOTO
Digərləri 13 Noy 2025 15:36:00 85 0
KOB Model Müəssisə 2025-ci ilin ötən dövrü ərzində sahibkarlara istehsal prosesinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli dəstək göstərib.
Bu xəbəri də oxu: Naxçıvanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürüldü
Bu barədə Son.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Cari ilin ötən dövründə Model Müəssisə tərəfindən 460 saatdan çox təlim keçirilib ki, bu təlimlərdə 1360-a yaxın sahibkar və istehsalat sahəsində çalışan mütəxəssislər iştirak edib. Təlimlərin məqsədi sahibkarlara öyrəndikləri bilikləri öz müəssisələrində tətbiq edərək məhsuldarlığı artırmağa, xərclərə qənaət etməyə və istehsal prosesindəki itkiləri azaltmağa dəstək olmaqdır.
KOB Model Müəssisədə keçirilən təlimlər sahibkarların real ehtiyaclarına uyğun olaraq vaxta və xərclərə qənaət üsullarının öyrənilməsi, resurslardan səmərəli və adekvat istifadənin mənimsənilməsi, standartlaşdırma, vaxtın ölçülməsi, qənaətli istehsal metodlarının əyani təbliği, "Soft Skills" (yumşaq bacarıqlar), layihə idarəetməsi, maliyyənin və təchizat zəncirinin idarə olunması, satış və marketinq mövzularını əhatə edib. Eyni zamanda son illərdə sahibkarların rəqəmsal bacarıqlara və "yaşıl iqtisadiyyat"a keçidə göstərdikləri maraq nəzərə alınaraq bu mövzularda da təlimlər təşkil olunub.
Təlimlərlə yanaşı, KOB Model Müəssisə tərəfindən ümumilikdə 840 saat 5 KOB subyektinə onların müəssisəsində real istehsal proseslərinin təhlili və yaxşılaşdırılması üzrə məsləhət xidməti göstərilib. Bu xidmətlər 2025-ci ilin sonunadək davam etdiriləcəkdir.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış KOB Model Müəssisə sahibkarlıq subyektlərinin inkişafı üçün "görmə, eşitmə və icraetmə" konsepsiyası əsasında fəaliyyət göstərən, praktiki bilik və təcrübənin birləşdiyi unikal mərkəzdir. Model Müəssisə Azərbaycan Texniki Universitetində fəaliyyət göstərir. Model müəssisənin imkanlarından faydalanmaq istəyən, istehsal sahəsində çalışan biznes subyektləri KOBİA-ya və ya Model Müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən xidmətlər ödənişsizdir.
Rusiyanın Tümen şəhərində yaşayan kişi illərlə uşaq dəstəyi (alimen
Xətai rayonunun Şirin Mirzəyev küçəsində yaşayan Serqey Pronin bir neç�
"Muğam" televiziya müsabiqəsinin qalibi, tanınmış xanəndə Gün
Mərmərə dənizinin Silivri sahillərində 3,4 bal gücündə zəlzələ baş
"İxtisarla bağlı deyə bilərəm ki, bu yəqin ki, davam edəcək. Burad
Yunan gözəllik prinsiplərinə əsaslanan "qızıl nisbət" tədqiqa
Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbay
İngiltərənin Lids şəhərindən olan gəlin Emi Qolyok toy günü başqa bir
Noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının r
Azərbaycan-Gürcüstan sərhədində 20 hərbçinin şəhid olduğu C-130 tipl
"Ukraynaya oxumağa gedən 34 azərbaycanlı tələbə Moldovada saxlanıl�
Ermənistanda "İmnemnimi" podkastının aparıcıları Narek Samson
Bu il 60 ədəd istilik sayğacı alınıb.
Hərbi əməliyyatlar başladığı dövrdə Daxili İşlər Nazirliyinin Daxili
Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müx
