Oğlu Fəzail Ağamalını məhkəməyə verəcək
Digərləri 13 Noy 2025 11:45:00 76 0
Ana Vətən Partiyasının IX qurultayına dair Ədliyyə Nazirliyinə təqdim etdiyimiz sənədlərlə bağlı bizə hələ rəsmi cavab verilməyib.
Bu xəbəri də oxu: Onların hərbi xidmət müddəti 6 ay azaldılır
Son.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ana Vətən Partiyasının sədrliyinə namizəd Elçin Ağamalı bildirib.
"Açığı müraciət etdikdən sonra, bir daha əlaqə saxlamamışam",- o deyib.
E.Ağamalı vurğulayıb ki, Ədliyyə Nazirliyinə yeni müraciət ünvanlayacaq:
"Ana Vətən Partiyasının son dövrlərdə qəbul etdiyi müəyyən qərarların qeyri-legitimliyi və partiya təşkilatı strukturlarının nizamnamə, eləcə də "Siyasi partiyalar haqqında" qanuna uyğun fəaliyyət göstərməməsi ilə bağlı həm Ədliyyə Nazirliyinə, həm də məhkəmə orqanlarına müraciət edəcəyik. "Siyasi partiyalar haqqında" qanunun və Ana Vətən Partiyasının nizamnaməsinin müddəaları ciddi şəkildə pozulub. Partiyanın qeyri-legitim strukturları tərəfindən qanunazidd qərarlar qəbul olunub. Müraciətimizdə bir çox faktlar göstəriləcək. Bunu indi açıqlamaq istəmirəm. Yəni son 1 ildə partiyanın strukturlarının verdiyi qərarların qeyri-legitmliyini sübut edən müddəalarla biz həm Ədliyyə Nazirliyinə, həm də məhkəmə orqanlarına müraciət ünvanlayıb, məsələyə hüquqi qiymət verilməsini xahiş edəcəyik".
Elçin Ağamalı partiya fəaliyyətlərini hazırda ancaq səyyar həyata keçirdiklərini bildirib:
"Çünki ofis, partiyanın möhürü qarşı tərəfdədir və onlar bizə iş şəraiti yaradılmasından qətiyyətlə imtina edirlər. Eyni zamanda, nəinki hər hansı kompromisə gəlmək, məsələləri danışıqlarla həll etmək təkliflərimizə məhəl qoymurlar. Yəni vəziyyəti daha da radikallaşdırırlar".
Elçin Ağamalı Ədliyyə Nazirliyindən müsbət cavab əldə edəcəyi təqdirdə onunla bağlı verilən qərarın eynisini qarşı tərəf üçün qəbul edib-etməyəcəkləri barədə də danışıb:
"Əvvəldən də qeyd etdiyimiz kimi, Ədliyyə Nazirliyinin qərarını gözləyirik. Bununla yanaşı, Ədliyyə Nazirliyinə yeni müraciətimizi edəcəyik. Ədliyyə Nazirliyindən gələn ümumi qərara və məhkəmənin qərarına uyğun olaraq da addımları atacağıq. Əslində biz qarşı tərəfdən fərqli olaraq qisasçı mövqe tutmaq niyyətində deyilik. Biz hər bir üzvümüzün kimliyindən asılı olmayaraq partiyaya fayda verə biləcəyi qənaətindəyik. Onun üçün də qisasçılıq deyil, əksinə partiyanın düşmüş olduğu böhrandan çıxarmaq üçün əl-ələ verib çalışmağın tərəfdarıyıq".
Xatırladaq ki, Ana Vətən Partyiyasının hazırkı sədri Fəzail Ağamalı ötən həftə İdarə Heyətinin qərarı ilə Elçin Ağamalının qurumdan xaric edildiyini bildirib.
"Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt halları
"Nə qədər sayta girirsinizsə, hamısını bir-bir izləyirlər"
Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəy�
Türkiyəli sosial media fenomeni Yasemin Arı paylaşdığı video ilə müzaki
Bakıda ilk dəfə "China Visitors Summit" keçiriləcək.
Riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasın�
12 noyabr tarixində saat 19:00-da Hazel restoranında təşkil edilən görüş
Gələn ildən "Vergi Məcələsində" nəzərdə tutulan dəyişiklik
Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakı və Sumqayıt şəhərləri aras
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatın�
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsind
Metronun "Nəriman Nərimanov" stansiyasının çıxışlarından biri
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məx
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin
