Bakıdakı 298 nömrəli məktəbdə şagirdlərdən pul yığıldığı iddia olunur
Digərləri 13 Noy 2025 00:54:00 50 0
Bakıdakı 298 nömrəli məktəbin rəhbərliyinin göstərişi ilə şagirdlərdən pul yığıldığı iddia olunur.
Bu xəbəri də oxu: Təyyarə qəzasında həlak olan hərbçilərdən 19nun nəşi tapıldı
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 298 nömrəli məktəbin 2-ci sinif şagirdlərinin valideynləri belə bir iddia ilə müraciət ediblər.
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, valideynlərin adından çıxış edən Sevinc Əliyevanın sözlərinə görə, hər ay bəzi siniflərdən pul tələb edilir. Sinif rəhbərinin yanına hazırlığa gedən şagirdlər isə bu məbləğləri ödəmirlər.
Sevinc Əliyevanın iddiasına görə, pul yığılması ilə bağlı direktora etiraz bildirildikdə isə Tuqay Rzazadə onu Elm və Təhsil Nazirliyinə şikayət edəcəyini deyib.
Valideyn Sevinc Əliyeva deyir ki, daha əvvəl 298 nömrəli məktəbdə çalışan direktorlar rüşvət məsələsinə görə işdən kənarlaşdırılıblar. Tuqay Rzazadə isə bu il həmin məktəbdə bu kimi halların qarşısını almaq məqsədilə direktor təyin edilib, lakin vəziyyət dəyişməyib.
Valideynlərin dediyinə görə, şagirdlərin ekskursiyaya aparılması üçün onlardan 20, 30, hətta 50 manat, hədiyyələrin alınması və bayramlar üçün isə müxtəlif vaxtlarda 5 manat pul yığılıb.
"Müvəkkilim Ahmet Tatlıses ilə İbrahim Tatlıses arasında gedən məh
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda qəzaya uğrayan hə
Gürcüstan-Azərbaycan sərhədində C-130 tipli hərbi yük təyyarəsinin qə
Müğənni Bəturə Hüseynova efirdə gərginlik yaşayıb.
Türkiyənin Bank Tənzimləməsi və Nəzarəti Agentliyi gecə saatlarında kr
Müğənni Sevda Yahyayeva keçmiş illəri barədə səmimi açıqlamalar verib
Son.az 13 noyabr üçün günün ulduz falını təqdim edir:
Türkiyənin təyyarə qəzasında 20 şəhid verdiyi gün konsert proqramı il�
Türkiyənin məşhur komediya ustası Cem Yılmazın 18 il əvvəl qəzaya uğr
Tədqiqatçılar neyron sistemini dərmansız bərpa etməyin yolunu açıqlayı
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili səhhətində yaxşılaşma m
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük t
Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndiri
8 noyabr Bakıda təşkil olunan hərbi parada hazırlıq prosesindən görünt�
Gürcüstan ərazisində qəzaya uğrayan "C130" tipli hərbi nəqliyy
