"Atamın yubileyinə getmədim"
Şou-biznes 11 Noy 2025 22:31:00 60 0
"Noyabrın 6-da atam Siyavuş Aslanın 90 illik yubileyi münasibətilə Akademik Milli Dram Teatrında "Varlı qadın" tamaşası nümayiş olundu. Əslində iştirak etmək istəyirdim, amma dəvətnamələri alandan sonra fikrimdən daşındım. Mənə elə bir yeri təklif etmişdilər ki, özümə ayıb bildim gedib orada oturum. 9-cu, 10-cu sıralar... Küncdə, qıraqda, ortalarda qalan yerlər...
Bu xəbəri də oxu: “Ülvinin birinci xanımı ilə əlaqəm var, oğluna “ata” sözü dedirtmişəm” keçmiş arvadı isə
Başa düşmədim ki, onlar niyə məni belə yerlərdə oturmağa layiq biliblər. Etirazımı bildirdim və xahiş etdim ki, rəhbərinizə də bildirərsiniz. Sizin orada VIP lojalarınız, 1-ci, 2-ci sıralarınız ola-ola, 10 ildə bu boyda şəxsiyyətin yubileyini qeyd edirsiniz və aman-zaman bir övladını uzaq sıralara atmaqda məqsədiniz nə idi? Bundan şübhələndim və getmədim ki, söz-söhbətlər də olmasın. İmkanım olsaydı, öncədən bilsəydim, gedib öz pulumla bilet alardım. Bu şəxsən mənə böyük diqqətsizlikdir. Siz 10 ildə bir tədbir keçirirsiniz, dövlət sizə təmənna edib bu işləri görməkdə, sənətkarın bir övladına 1-ci sırada yer tapılmadı? Bəs məni niyə 9-cu və 10-cu sıralara dəvət edirsiniz?"
Son.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Siyavuş Aslanın oğlu Eldar Aslan deyib.
O, daha sonra atasının sənətlə bağlı heç bir arzusunun olmadığını bildirib:
"Atamın sənətlə bağlı heç bir arzusu yox idi. Bilirsiniz də, belə şöhrəti sənətkarlar nadir hallarda qazanırlar. Atam istədiyi hər şeyə nail olmuşdu. Şəxsiyyət kimi formalaşıb, adını tarixə yazdırmağı bacarmışdı. O, sənətdə hər şeyə nail olmuşdu. Deyə bilmərəm ki, hansısa arzusu ürəyində qaldı. Yaradıcılığı zəngin idi".
11 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz
Türkiyə Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələrinə məxsus C-130 tipl
Gürcüstanda qəzaya uğrayan və içində 20 hərbi personalın olduğu bildir
Gürcüstanda qəzaya uğrayan və içində 20 hərbi personalın olduğu bildir
Bu təyyarə 1964-cü ildəb bəri istifadə edilir. Amma modernizasiya edilib.
Xəbər verdiyimiz kimi, göyərtəsində 20 nəfər hərbçinin olduğu Türkiy
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə bağlı türk
Xəbər verdiyimiz kimi Azərbaycandan yola düşən "C130" hərbi y�
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələri
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın İslamabad və Vana şəhərl�
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağç
2024-cü ilin sonunda 16 illik evliliyinə son qoyan məşhur aktrisa Cessika Al
Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyəyə məxsus təyyarə
Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib ki, Azərbaycandan tr
Son.az xəbər verir ki, görüntüləri ABŞ-də yaşayan jurnalist Qənirə At
