Dabaq xəstəliyinə görə 5 manat bahalaşdı
Digərləri 11 Noy 2025 00:30:00 69 0
Paytaxt və region bazarlarında ev quşlarının qiymətində son günlər ciddi artım müşahidə olunur. Xüsusilə hind quşu və qazın qiymətləri sürətlə artır. Satıcılar qiymət artımının 4-5 manat civarında olduğunu deyirlər.
Bu xəbəri də oxu: Rəsul Quliyev Bakıya gəlir
Son.az xəbər verir ki, hind quşunun qiyməti adətən yeni il ərəfəsində artır, lakin bu il qiymətlər artıq indi bahalaşmağa başlayıb. Rayonlarda son bir həftədə hind quşunun bir kiloqramının qiyməti 4-5 manat yüksəlib.
Satıcılar bildirirlər ki, iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması ev quşlarına tələbatı artırıb. Bu səbəbdən hind quşu ilə yanaşı qaz və ördək də bahalaşıb.
Məsələn, hind quşunun qiyməti əvvəl 14 manat idisə, indi 16-20 manat arasında dəyişir. Qazın kilosu 13-15 manat aralığında olsa da, bəzi bazarlarda 18 manatadək qalxıb. Ördəyin kilosu isə 14-16 manat civarındadır. Satıcılar xəbərdarlıq edirlər ki, yeni il yaxınlaşdıqca qiymət artımı qaçılmazdır və alıcılar bazarlara vaxtında müraciət etməlidirlər. /ATV
Son.az 11 noyabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Müğənni Şəbnəm Tovuzlu Türkiyədə səhnəyə çıxıb. konsert verib.
Səyahət üzrə ekspert Tariyel Gajiyenko qış mövsümündə istirahət üç
ABŞ-də beynin böyük hissəsi olmadan doğulan qadın 20 il yaşayıb və hə
Abşeron və Sumqayıt ərazisində bir qrup şəxs özlərini Dövlət Vergi Xi
Bakıda 12 ailənin yaşadığı ikimərtəbəli binada hər an qəza, yanğın
Uroloq Rodriqo Braz kişilərdə erektil disfunksiya ilə əlaqəli xəstəlikl�
"WhatsApp" istifadəçilərinin təhlükəsizliyini artırmaq məqsəd
Alimlər nəhəng təbii qızıl yatağı aşkar ediblər.
Mədə yanması döş qəfəsində və boğaz nahiyəsində hiss olunan yanğı
