Azərbaycanın Zəfəri – Tarixi ədalətin bərpası
Siyasət 08 Noy 2025 10:52:00 64 0
8 Noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış ən şanlı günlərdən biridir.
Bu xəbəri də oxu: Qazaxıstan buğdasının ilk partiyası Ermənistana çatdı
Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, bu gün xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı və şəhidlərimizin müqəddəs qanı ilə yazılmış Zəfər Günüdür:
"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə, torpaqlarımızın azadlığı, milli qürurumuzun bərpası deməkdir. Bu tarix yüzilliklər boyu mübarizə və əzmlə qorunan Vətən torpaqlarının azadlığı uğrunda əldə edilmiş möhtəşəm Qələbənin simvoludur. Bu Zəfər təkcə hərbi qələbə deyil, eyni zamanda milli birliyin, xalq və ordunun sarsılmaz həmrəyliyinin təntənəsidir. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman oğullarımızın canı və qanı bahasına azad edildi. Bu qələbə həm də Azərbaycanın tarixində yeni bir dövrün - quruculuq, dirçəliş və sülhün təmin olunması mərhələsinin başlanğıcı oldu".
S.Mikayılova vurğulayıb ki, Şuşanın azad edilməsi isə Zəfərin zirvəsi, Azərbaycanın mədəniyyət beşiyinin yenidən Vətənə qovuşması demək idi:
"8 Noyabrın Zəfər Günü kimi qeyd olunması hər bir azərbaycanlının qəlbində fəxarət və iftixar hissi yaradır. 44 günlük müharibə zamanı göstərilən qəhrəmanlıq, döyüş ruhu və vətən sevgisi Azərbaycan xalqının tarix boyu formalaşmış milli kimliyinin ən parlaq təzahürüdür. Qazilərimizin igidliyi, şəhidlərimizin fədakarlığı və xalqımızın birliyi bu Zəfəri mümkün etdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda yeni həyat qurulur - yollar, məktəblər, şəhərlər bərpa edilir, üçrəngli bayrağımız azad yurdlarımızda qürurla dalğalanır. Hər bir daşın, hər bir ağacın altında qəhrəmanlıq və sədaqət hekayəsi yatır".
Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji düşüncəsi, diplomatik çevikliyi və hərbi-siyasi uzaqgörənliyi sayəsində Azərbaycan həm döyüş meydanında, həm də beynəlxalq arenada tarixi ədaləti bərpa etdi:
"Müharibənin hər günü, hər anı Prezident İlham Əliyevin bir dövlət başçısı kimi xalqa verdiyi mesajlarda öz əksini tapırdı. Onun çıxışları, xalqa müraciətləri xalqın ruhunu qaldırır, hər bir vətəndaşda qələbəyə inam yaradırdı. Müzəffər Ali Baş Komandan həm diplomatik cəbhədə, həm də informasiya savaşında müstəsna liderlik nümayiş etdirdi.8 Noyabr 2020-ci ildə Şuşanın azad olunması xəbəri bütün Azərbaycan xalqını sevinc göz yaşlarına qərq etdi. Bu, Prezident İlham Əliyevin illərlə ardıcıl şəkildə qurduğu güclü dövlətin, müasir ordunun və milli birliyin nəticəsi idi. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, üçrəngli bayrağımız yenidən Şuşada, Xankəndidə və Qarabağın hər qarışında dalğalandı.Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu Zəfər, yalnız hərbi uğur deyil, həm də mənəvi və siyasi qələbədir. Dövlət başçısı bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı ədalətini özü təmin etməyə qadirdir".
Danimarka hökuməti 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsi
"İlk addım kimi qəbul edilməli idi ki, Qarabağ Azərbaycanın tərkibi
İzmirdə həbsdə olan "Cəhənnəm mələkləri" kimi tanınan müt�
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəq
Avropa Komissiyası Rusiya vətəndaşlarına çoxgirişli Şengen vizalarının
Ermənistana 1000 ton Qazaxıstan buğdasının ilk partiyası gəlib.
"Müqavilə üzrə qızğın iş gedirdi. Artıq axşam saatları idi. Yeku
Əlaqələrin, təsəvvürlərin, mənaların dağılmağa meyilli olduğu çağ
Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan Vatsap yeni funk
ABŞ-nin Kentukki ştatında baş verən yük təyyarəsi qəzası nəticəsind�
ABŞ-nin keçmiş prezidenti Co Bayden hazırkı dövlət başçısı Donald Tra
Xalq artisti Faiq Ağayev Xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı a�
Elm adamları yeni doğulan körpələrdə beyin zədəsini erkən müəyyənlə
Tərəvəzlərin üzərində qalan kimyəvi dərman qalıqlarından (pestisidlə
Xalq artisti Röya Ayxan bu gün Bakı Konqres Mərkəzinsə konsert verib.
